xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 15:46 – Əhməd İsmayılov Media və Yayım Şurasının sədri təyin edildi - SƏRƏNCAM 
  • 14:33 – Prezidentdən Əziz Səncər ilə bağlı SƏRƏNCAM 
  • 14:28 – Fəxri Kazımov işdən çıxarıldı - YENİ TƏYİNAT - FOTO 
  • 11:42 – Prezident qəbul keçirdi - Fotolar 

"Saatda 6 kilometr sürətlə qaçıram" — Ağacan Abiyev

28-10-2019, 16:00 46 dəfə baxılıb

"Saatda 6 kilometr sürətlə qaçıram" — Ağacan Abiyev

Deputat Ağacan Abiyev həmkarı Arif Rəhimzadənin "50 metrlik hovuzu 20 dəfə üzüb qayıdıram, niyə deputat olmayım ki?" açıqlamasına münasibət bildirib.
Abiyev "Ölkə.Az"-ın əməkdaşı ilə söhbətində bildirib ki, fiziki hazırlığın yaşla əlaqəsi yoxdur:

"Fiziki hazırlığın yaşla məncə, əlaqəsi yoxdur, bir növ adət etməkdən asılıdır. Əgər cavanlıqdan məşq edibsə, bu, ona çox kömək olacaq. Praktiki məşğul olmaq lazımdır. Ayda bir dəfə qaçmaq, üzmək adama xeyir verməz.

Mən özüm hər səhər 15-20 dəqiqə saatda 6 km sürətlə qaçıram. Əvvəl 10 dəqiqə gimnastika edirəm, əzələlərimi qızışdırıram. Sonra 20 dəqiqə qaçıram, ondan sonra 10 dəqiqə gəzişirəm, axırda duş qəbul edib, oluram cavan oğlan.
Əməkdaşımızın “Sizcə deputatlarımızın arasında sizdən, Arif müəllimdən başqa idmanla məşğul olan var?”,-sualına Ağacan Abiyev "Bu barədə dəqiq məlumatım yoxdur" deyərək cavab verib.

Qeyd edək ki, A.Rəhimzadə musavat.com-a müsahibəsində bildirib ki, yenidən deputat olmaq üçün bütün göstəricilərə sahibdir:

50 metrlik hovuzu 20 dəfə üzüb qayıdıram. Dənizdə də üzürəm, amma arabir. Hesab edirəm ki, yaddaşım yerindədir, beynim işləyir, fiziki cəhətdən də sağlamam. Odur ki, 2020-ci ilə kimi belə davam etsə, şübhəsiz ki, seçkidə iştirak edəcəyəm".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Eylül 2026    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930 
 Valyuta məzənnəsi