xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 10:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 

"Prezident İlham Əliyev Brüsseldə keçirdiyi görüşlərdə Azərbaycanın mövqeyini bir daha ortaya qoydu"

16-05-2019, 11:14 100 dəfə baxılıb

"Prezident İlham Əliyev Brüsseldə keçirdiyi görüşlərdə Azərbaycanın mövqeyini bir daha ortaya qoydu"


Prezident İlham Əliyev Avropa İttifaqı ilə "Şərq Tərəfdaşlığı" Proqramı çərçivəsində Belçikanın paytaxtı Brüsseldə keçirdiyi görüşlərdə Azərbaycanın mövqeyini bir daha ortaya qoydu.

Beş.az bildirir ki, bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Cavid Osmanov deyib.

Deputat vurğulayıb: "Dövlət başçımız, xüsusilə Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı bəyan etdi ki, bu, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmalıdır. Bununla yanaşı, Azərbaycanın enerji daşıyıcılarının Avropa bazarına çıxarılması, nəqliyyat dəhlizlərinin yaradılması və digər mühüm məsələlər gündəmdə oldu. Azərbaycanın Avropa İttifaqı ilə çox səmərəli və işgüzar münasibətlərinin olduğu bir daha qeyd edildi".

C.Osmanov bildirib ki, Azərbaycanın hər bir uğuru anti-milli qüvvələri narahat edir və onların fəallaşmasına səbəb olur:

"İstər daxildə, istərsə də xaricdə Azərbaycanı sevməyən qüvvələr erməni lobbisinin dəstəyi altında Azərbaycanın inkişafına şər və böhtanla kölgə salmaq istəyirlər".

Millət vəkilinin sözlərinə görə, həm daxildə radikal müxalifət, həm də xaricdə yaşayan bəzi anti-Azərbaycan ünsürlər ölkəmizin uğurlarına kölgə salmağa çalışırlar: "Lakin həmin qüvvələr heç nə əldə edə bilmirlər, çünki Azərbaycan ictimaiyyəti yaxşı bilir ki, Prezident İlham Əliyevin apardığı müstəqil siyasət yalnız dövlət və milli maraqlara xidmət edir. Ona görə də belə ünsürlərin Azərbaycan xalqı arasında heç bir yeri yoxdur".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi