xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Afaq Bəşirqızı deputatlığa namizəd olacaqmı? — SON QƏRARINI AÇIQLADI

9-12-2019, 09:55 58 dəfə baxılıb

Afaq Bəşirqızı deputatlığa namizəd olacaqmı? — SON QƏRARINI AÇIQLADI


Xalq artisti Afaq Bəşirqızı parlament seçkilərində iştirakla bağlı son qərarını açıqlayıb.
Sənətkar "Ölkə.Az"-a açıqlamasında bunları deyib:

“Heç vaxt vəzifədə, kresloda gözüm olmayıb. Amma son günlər sosial şəbəkələrdə deputatlığa namizəd olmağımla bağlı gedən müzakirələri izləyirəm. Hiss edirəm ki, illərdir sənət naminə gördüyüm işlər, hər zaman xalqımın, dövlətimin yanında olmağım cavabsız qalmayıb. İnsanlar mənim namizəd olmağıma yetərincə müsbət yanaşırlar. Əgər belədirsə, mən də onların Milli Məclisdə səsi olmağa müsbət yanaşıram. İstərdim ki, onların problemlərinin həllində, daha yuxarı instansiyalara çatdırılmasında yaxından iştirak edim”.

Xalq artisti əməkdaşımızın "hansı dairədən namizəd olmaq fikrindəsiniz" sualını belə cavablandırıb:
“Hələlik hansı dairədən namizəd olacağımı dəqiqləşdirməmişəm. Amma dairə seçimi barədə tam qərarsız da deyiləm. Çox güman ki, yaxın günlərdə namizəd olacağım dairəni də açıqlayacağam”.

Qeyd edək ki, Azərbaycanda növbədənkənar parlament seçkiləri 2020-ci ilin fevral ayının 9-da keçiriləcək.

Afaq Bəşirqızı deputatlığa namizəd olacaqmı? — SON QƏRARINI AÇIQLADI






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi