xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Virus hücumu: Azərbaycanda qiymət artımı olacaqmı?

1-02-2020, 15:12 55 dəfə baxılıb

Virus hücumu: Azərbaycanda qiymət artımı olacaqmı?


Koronavirusun dünya iqtisadiyyatına böyük təsiri olacaq. Bu virus Çinin həm özünə mənfi təsir edəcək, həm də ölkədən xaricə idxal edəcəyi məhsulların satışının kəskin azalması ilə nəticələnəcək.

Bu sözləri iqtisadçı ekspert Pərviz Heydərov koronavirusun dünya iqtisadiyyatına təsirləri barədə Axar.az-a danışarkən deyib.

İqtisadçı bildirib ki, Azərbaycan Çinlə digər böyük dövlətlər kimi geniş iqtisadi, siyasi, mədəni əlaqələrə malik olmasa belə, mart ayına kimi Pekinə olan uçuşları dayandırıb:

“Bu halın psixoloji bir təsiri də var. Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) müəyyən məhsulların Çindən gətirilməməsi barədə çağırış edib. Hesab edirəm ki, bu, tədqirəlayiq addımdır. AQTA və digər aidiyyəti qurumlar, elə Gömrük Komitəsi də birgə əməkdaşlıq göstərərək Çindən ölkəmizə gətirilən müəyyən məhsulların, xüsusən, qida məhsullarının məhdudlaşdırılması məsələsinə nəzarət etməlidir”.

Ekspert vurğulayıb ki, Azərbaycana Çindən idxal edilən məhsullar azlıq təşkil edir:

“Buna görə də sözügedən vəziyyət iqtisadiyyatımıza ciddi təsir etməyəcək. Azərbaycanda qiymət artımı olacağını düşünmürəm, çünki Azərbaycan bazarında Çin məhsullarının azaldılmasında ciddi bir dəyişiklik etməyəcək.

Bizim ərzaq bazarımız daha çox Türkiyə, Rusiya və İrandan asılıdır. Çin məhsullarının bazarda azalması digər növ məhsulların qiymətinə müəyyən dərəcədə təsir edə bilər. Bu da istehlak mallarının indeksinin kəskin şəkildə dəyişməsi ilə özünü büruzə verə bilməz”.

Pərviz Heydərov bəzi azərbaycanlı sahibkarların bu hadisədən sui-istifadə edərək qiymət artımına yol verəcəyini də istisna etməyib:

“Azərbaycanda bəzi işbazlar mövcud vəziyyətdən istifadə edərək, süni qiymət artımına yol verə bilər. Lakin bu, uzun sürməyəcək. Əvvəlcə onlar insanlarda bir panika yaradaraq öz məhsullarını baha qiymətə bazara çıxaracaqlar. Amma tez bir zamanda bu halların qarşısı alınacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi