xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

9 rayonda sakinlərə evlər verildi — FOTO

18-11-2019, 10:55 93 dəfə baxılıb

9 rayonda sakinlərə evlər verildi — FOTO

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 9 rayonda 41 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verib.
Bu barədə nazirliyin mətbuat xidmətindən "Ölkə.Az"a bildirilib.

Verilən məlumata görə, bu vaxta qədər Nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6951 mənzil və fərdi yaşayış evi verilib.

Qeyd edək ki, bu gün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 9 rayonda (Hacıqabul, Ucar, İmişli, Qazax, Saatlı, Sabirabad, Ağcabədi, Ağdam, Zərdab) 41 fərdi yaşayış evi bu kateqoriyalardan olan vətəndaşların istifadəsinə verilib.

Hacıqabul və Ucar rayonlarında fərdi yaşayış evlərinin şəhid ailələri və Qarabağ müharibəsi əlillərinin istifadəsinə verilməsi tədbirlərində iştirak edən Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Mətin Kərimli ölkəmizin dayanıqlı inkişafı proseslərinin güclü sosial siyasətlə tamamlandığını bildirib.

O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin uğurlu siyasətinin mərkəzində vətəndaş amilinin dayandığını vurğulayıb.

Nazir müavini bunun nəticəsi olaraq, ölkə əhalisinin rifah halının yaxşılaşdırılması istiqamətində mühüm addımların atıldığını, təkcə bu il reallaşdırılan iki sosial paketin 4,2 milyon vətəndaşın rifahına ciddi dəstək olduğunu qeyd edib.

M.Kərimli diqqətə çatdırıb ki, dövlət başçısının tapşırığına uyğun olaraq, sosial cəhətdən həssas qruplarla bağlı sosial proqramlar ildən-ilə geniş miqyas alır.

Xüsusilə ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi uğrunda döyüşlərdə şəhid olmuş insanların ailələrinin və bu döyüşlərdə sağlamlıqlarını itirirmələri nəticəsində əlilliyi olan şəxslərin mənzillə təminatı işləri getdikcə gücləndirilir.
Əgər 2018-ci ildə nəzərdə tutulduğundan 3 dəfə çox olmaqla 626 mənzil həmin insanlara təqdim edilibsə, bu il 934 mənzil və fərdi yaşayış evinin şəhid ailələri və müharibə əlillərinin istifadəsinə verilməsi planlaşdırılıb.

Cari ilin ötən dövründə onlardan 300-ə yaxın mənzil və fərdi ev artıq təqdim olunub.

Nazir müavini ümumilikdə bu vaxta qədər nazirlik tərəfindən şəhid ailələrinə və müharibə əlillərinə 6951 mənzilin və fərdi evin verildiyini vurğulayıb. O bu istiqamətdə tədbirlərin qarşıdakı dövrdə də uğurla davam etdiriləcəyini deyib.

M.Kərimli yeni fərdi yaşayış evləri ilə təmin edilən vətəndaşları bu münasibətlə nazirlik adından təbrik edib, onlara bu evlərdə daim fərəhli günlər yaşamağı arzulayıb.

Yeni fərdi yaşayış evləri ilə təmin olunan vətəndaşlar dövlətin diqqət və qayğısı ilə əhatə olunmalarından, sosial təminatlarının gücləndirilməsi üçün aparılan işlərdən razılıqlarını ifadə ediblər.

Onlar göstərilən yüksək qayğıya, eyni zamanda, müasir tələblərə uyğun inşa etdirilmiş fərdi yaşayış evləri ilə təmin olunduqlarına görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildiriblər.
9 rayonda sakinlərə evlər verildi — FOTO9 rayonda sakinlərə evlər verildi — FOTO9 rayonda sakinlərə evlər verildi — FOTO9 rayonda sakinlərə evlər verildi — FOTO9 rayonda sakinlərə evlər verildi — FOTO9 rayonda sakinlərə evlər verildi — FOTO9 rayonda sakinlərə evlər verildi — FOTO9 rayonda sakinlərə evlər verildi — FOTO






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi