xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Vüqar Əsgərov Latviyada dubl edib bombardir oldu

24-04-2019, 11:00 102 dəfə baxılıb

Vüqar Əsgərov Latviyada dubl edib bombardir oldu



Futbol üzrə Latviya çempionatında 7-ci turun oyunları keçirilib.

xezerinformasiya.com futbolinfo.az-a istinadən xəbər verir ki, azərbaycanlı futbolçular - Vüqar Əsgərov, Elvin Sərkərov və Tural Bayramlının formasını geyindiyi "Dauqavpils" də növbəti matçına çıxıb.

Sözügedən kollektiv doğma meydanda "Spartak"la üz-üzə gəlib. Futbolçularımızın komandası bu oyundan qələbə ilə ayrılıb - 4:1.

Azərbaycanlı futbolçulardan ikisi - Vüqarla Tural da bu matçın iştirakçısı olub. Onlar start heyətdə meydana çıxıb. Əsgərov sonadək oynadığı halda, Bayramlı 56-cı dəqiqədə əvəzlənib. Elvinin adı isə ümumiyyətlə bu matçın iştirak ərizəsinə daxil edilməyib.

Komandasının vurduğu qollardan ikisinə Vüqar imza atıb. O, 20-ci dəqiqədə hesabı 1:1 edib. Millimizin sabiq forvardı 32-ci dəqiqədə daha bir qol vurmaqla ardıcıl iki oyunda dubl edib və cari mövsümdə vurduğu topların sayını 5-ə çatdırıb. Bu, həm də Əsgərovu Latviya çempionatının bombardirlər yarışında ilk sıraya çıxarıb.

"Dauqavpils" hazırda 10 xalla 9 komanda arasında 4-cü pillədə qərarlaşıb






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi