xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

İstədiyin qədər yeyib necə arıqlamaq olar… – Araşdırma

30-04-2019, 12:43 91 dəfə baxılıb

İstədiyin qədər yeyib necə arıqlamaq olar… – Araşdırma



Meymunlar üzərində tədqiqat göstərir ki, çoxlu yeyərək də arıqlamaq mümkündür. Bu haqda Avstriyanın “Kurier” qəzeti araşdırma təqdim edib.
BEŞ.AZ xəbər verir ki, heyvanlara Aralıq dənizi pəhrizi kömək olub. Daha çox kalori itirir, normal çəkini qoruyurdular.

ABŞ-dakı Ueyk Forest adına tibb məktəbi tədqiqatda makaka meymunlarından istifadə edib. Araşdırmanın nəticələri “Obesity” jurnalında verilib. 18 meymun Aralıq dənizi yeməkləri ilə qidalanırmış. Onlara çoxlu meyvə, tərəvəz, zeytun yağı, xırda fındıqlar, bir az balıq və yağsız süd məhsulları verilirmiş. Digər 18 meymun isə qərb qidası ilə kifayətlənirmiş. Yəni çoxlu zülal, yağ, heyvan mənşəli qidalarla. Hər iki qrupa istədiyi qədər yeməyə imkan verilib.

38 həftədən sonra nəticələr qeydə alınıb. Aralıq dənizi qidaları ilə bəslənən meymunlar daha arıq görünürmüş. Qanda lipidlərin miqdarı aşağı olub.

“Kurier” qəzeti Avstraliyada baş tutan başqa tədqiqatın nəticələrini də xüsusi vurğulayıb. Həmin tədqiqat stressin piylənməyə gətirib çıxardığını müəyyənləşdirib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi