xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:02 – İlham Əliyev Bosniya və Herseqovinanın rəhbərini təbrik edib 
  • 09:36 – Bu gün Kəlbəcər Şəhəri Günüdür 
  • 09:00 – Prezident qarayaxma kampaniyası aparanlara bu cavabı verdi 
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 

"Tez ol, telefonu ver, yoxsa..." - Azərbaycanda dəhşətli namus qətli

13-05-2019, 12:30 112 dəfə baxılıb

"Tez ol, telefonu ver, yoxsa..." - Azərbaycanda dəhşətli namus qətli


Ailə-məişət zəminində baş verən daha bir qətl hadisəsi məhkəmədə araşdırılıb. Bu dəfə müttəhimlər kürsüsündə qadın əyləşib. Ər-arvad arasındakı növbəti mübahisəyə mobil telefon səbəb olub. Həyat yoldaşını qısqanan 31 yaşlı Maarif ondan telefon işlətməməsini tələb edib. Vüsalə isə ərinin tələbi ilə razılaşmayıb və bıçaqla onu ürəyindən vurub.

Bakı Ağır Cinayətlər Məhkəməsində həyat yoldaşını qətlə yetirməkdə ittiham olunan 31 yaşlı Xaçmaz rayon sakini Vüsalə Mirzəyevanın cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

Beş.az virtualaz.org-a istinadən bildirir ki, qətl hadisəsi ötən il iyulun 3-də Xaçmaz rayonunun Xudat şəhərində baş verib. Vüsalə Mirzəyeva həyat yoldaşı Maarif Osmanovla ailə münaqişəsi zəminində mübahisə edib. Ər-arvad arasındakı insident qansız ötüşməyib. Dava-dalaş zamanı V.Mirzəyeva bıçaqla ərinin döş qəfəsindən zərbə endirib. Ağır dərəcəli bədən xəsarəti almış yaralı xəstəxanaya aparılarkən yolda ölüb.

Törətdiyi cinayət əməlinə görə V.Mirzəyeva barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb və Xaçmaz rayon məhkəməsinin qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

İstintaq yolu ilə müəyyən edilib ki, son zamanlar Vüsalə ilə həyat yoldaşı Maarif Osmanov arasında mütəmadi olaraq qısqanclıq zəminində mübahisələr yaranıb. Sonuncu belə hadisə isə ötən ilin iyulunda baş verib. Həyat yoldaşının ona məxsus telefonu əlindən almasından qəzəblənən qadın bıçaqla ona zərbə endirib.

Təqsirləndirilən Vüsalə Mirzəyeva ifadəsində qonşusu Maariflə 13 ildir ailə həyatı qurduğunu, ərinin ailə üzvləri ilə eyni həyətdə, lakin başqa-başqa evlərdə yaşadıqlarını, övladları olmadığını, bacısının uşağını övladlığa götürüb saxladıqlarını deyib. V.Mirzəyevanın ifadəsinə inansaq, Maarif xasiyyətcə sakit, söz-söhbətdən uzaq bir insan olub. Buna baxmayaraq, Vüsaləni hamıya, hətta öz doğma qardaşlarına belə qısqanıb. Maarif evdə olmayanda doğma qardaşları belə onun mənzilinə ayaq basmayıblar: "Ailəmizdəki münaqişələri həmişə qayınanam qızışdırırdı. Övladım olmadığına görə bizi ayırmaq istəyirdi. Amma ərim məni sevirdi, ailə üzvlərinin yanında müdafiə edirdi. Söz-söhbətdən bezib, iyun ayında Bakıya getdim, kirayə ev tutdum, on günə kimi orada qalıb Xətai klinikasında müalicə aldım".

V.Mirzəyeva deyib ki, rayona qayıtdıqdan sonra qayınanası onun gününü qara eləyib, Bakıya əxlaqsızlıqla məşğul olmaq üçün getməkdə suçlayıb. Öz növbəsində, Vüsalə qayınanasına uzun illərdən bəri onu tanıdığını, namaz qıldığını, hicablı qadın olduğunu söyləsə də, xeyri olmayıb: "Qayınanam mənə əxlaqsız damğası vurmağa çalışırdı. Həyatdan bezmişdim. Bircə ərimə və 8 yaşlı qızıma görə səbr edib dözürdüm. Fikirləşirdim ki, bəlkə nə vaxtsa hər şey yoluna düşər, düzələr, bu söz-söhbətlərə son qoyular".

Qətl hadisəsindən bir gün öncə Vüsalə ərinə zəng vuraraq rəfiqəsi Zümrüdün zəhərləndiyini, xəstəxanaya düşdüyünü, ona baş çəkmək üçün yanına getmək istədiyini deyib. M.Osmanov arvadına rəfiqəsigilə getməyə icazə versə də, axşam evə qayıtmağı tapşırıb. Vüsalə qızını da götürüb rəfiqəsigilə gedib. Həmin gün rəfiqəsi Vüsalədən gecəni onlarda qalmasını xahiş edib. Faciənin baş verməsinə əsas səbəblərdən biri də Vüsalənin evdə gecələməməsi olub: "Maarif əvvəl razılaşmadı. Sonra özü zəng vurub dedi ki, qal. Gecə qızımla Zümrüdgüldə qaldım. Evə qayıdandan sonra Maarif Zümrüdgildə qaldığıma görə mənə acıqlandı, aramızda dava-dalaş düşdü. Mobil telefonumu əlimdən aldı, dedi ki, gəl bundan sonra ikimiz də telefon işlətməyək, beləsi daha yaxşıdır. Dedim, bu dövrdə telefonsuz necə yaşamaq olar, telefon sənə də, mənə də lazımdır. Bu vaxt qayınanam gəlib çıxdı. Onu görüb daha da əsəbiləşdim. Əsəblərimi cilovlaya bilmirdim. Hər şeydən bezmişdim".

V.Mirzəyeva ifadəsinin davamında ərini necə öldürməsindən danışıb: "Gördüm ki, bütün bunların axırı yoxdur, ərim də mənə qarşıdır, inanmır. Ona görə də, mətbəxdən bıçaq götürüb həyətə çıxdım. Üzbəüz mübahisə etdik. Bıçaqla Maarifi vurdum. Əlini sinəsinə tutanda anladım ki, bıçaq ürəyinə dəyib. "Vüsalə, məni vurdun" deyib çınqıllığın üstünə yıxıldı. Özümü itirmişdim, qanaxmasını saxlamağa çalışırdım, ağlayırdım. Maarifi xəstəxanaya apardılar. Həyəcanlı idim, xalamgilə getdim. Bir qədər sonra polis gəldi".

Zərərçəkmiş Zakir Osmanov ifadəsində deyib ki, qardaşı Maarifgilin evindən qışqırıq səsləri gəldiyini eşidib, hasardan boylandıqda ər-arvadın dalaşmasının şahidi olub: "Vüsalə ərinə "tez ol, telefonu ver, yoxsa elə yerindən vuraram, birdəfəlik olarsan" deyirdi. Bu vaxt qəflətən bıçaqla Maarifi vurdu. Bunu görüb yerimdəcə donub qalmışdım. Davanın bu həddə çatacağını gözləmirdim. Hasardan tullanıb qardaşımı qucağıma aldım. Anam Maarifi yerdə görəndə elə bil dəli oldu, qışqırıb küçəyə qaçdı, köməyə adam çağırmağa başladı. Vüsalə vedrəylə su gətirib Maarifin üstünə tökdü. Sinəsinə dəsmal sıxdım ki, qan axmasın. Qonşunun maşını ilə qardaşımı xəstəxanaya apardıq. Həkim müayinə edəndə öldüyünü dedi".

Zərərçəkmiş deyib ki, qardaşının ailəsində söz-söhbət hər zaman qısqanclıq üstündə yaranıb. Mərhum qardaşı öz arvadını hamıya qısqanıb: "Maarif çox qısqanc idi. Arvadı evdə olanda evə öz qardaşlarını da buraxmırdı. Bütün mübahisələri də buna görə olurdu. Mən Vüsaləni kiminləsə danışanda, görüşəndə görməmişəm. Belə söhbətlər haqda aralarında dava-dalaş baş verəndə eşitmişəm. Maarif məni öz həyətinə gəlməyə qoymurdu".

Məhkəmənin hökmü ilə Vüsalə Mirzəyeva 11 il müddətinə azadlıqdan məhrum edilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi