xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

Alimlər "axirətdən gəlmiş" quş aşkarladı

11-05-2019, 19:47 111 dəfə baxılıb

Alimlər "axirətdən gəlmiş" quş aşkarladı



Portsmut Universitetinin tədqiqatçıları Seyşel adalarında on minlərlə il əvvəl yoxa çıxmış küvyer (Dryolimnas cuviere) növündən olan quşun izlərini aşkarlayıb.

"Zoological Journal of the Linnean Society"nin yazdığına görə ağboğazlılar fəsiləsindən olan küvyer Aldabra atolunda (mərcan adasında-red) yaşayıb. Quşun toyuq ölçüsündə olduğu bildirilir.

Buna qədər zooloqlar adanın sualtında qalan zaman uça bilmədikləri üçün bu növdən olan bütün quşların məhv olduğunu güman edirdi.

Təxminən, 100 min il əvvəl adanın su səviyyəsi aşağı düşüb və mərcan adası yenidən səthə çıxıb. Bu yaxınlarda tədqiqatçılar onda çoxdan nəsli kəsilmiş quşun "təzə" izlərini aşkarlayıb.

Britaniyalı tədqiqatçılar bunu iterativ təkamüllə izah edir.

Fərziyyəyə görə, eyni növdən olan nümayəndələr ayrı-ayrı vaxtlarda eyni əcdaddan təkamül edə bilər.

Alimlər iddia edir ki, adanın suyun səthinə qalxmasından sonra, küvyerlərin ulu əcdadından olan quş atola gələrək, bir daha uça bilməyən quşa təkamül edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi