xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:55 – Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 

Azərbaycanlı qız yanan təyyarədə ölməkdən möcüzə nəticəsində xilas oldu

7-05-2019, 09:59 76 dəfə baxılıb

Azərbaycanlı qız yanan təyyarədə ölməkdən möcüzə nəticəsində xilas oldu


Ötən gün Moskvanın Şeremetyevo hava limanında faicə baş verib. "Aeroflot" şirkətinə məxsus SSJ-100 təyyarəsi Moskvadan Murmanska uçurdu, lakin bir neçə dəqiqə sonra təyyarə təcili eniş etməyə başlayıb, bu zaman isə alovlanıb. Göyərtədə olan 78 nəfərdən 41-i ölüb.

Xoşbxətlikdən bəzi insanlar son anda faciədən xilas ola biliblər. Belə sərnişinlərdən biri azərbaycanlı Fəridə Ruslanovadır.

beş.az xəbər verir ki, o, hadisə barədə Day.Az-a danışıb:

"Mən kredit və sığorta sahəsində işləyirəm. İşimlə əlaqədar mütəmadi olaraq Rusiyanın müxtəlif şəhərlərinə uçuram. İşdə mənə Murmanska getməyi təklif etdilər - mən razılaşdım", - Ruslanova danışır.

Gənc qızın sözlərinə görə, o, artıq bilet almışdı və uçmağa hazırlaşırdı, lakin son anda planlar dəyişib.

"Gözlənilmədən Moskvaya atam gəldi, o, başqa şəhərdə işləyir, ildə bir dəfə gəlir. Heç kimə deməmişdi, sürpriz edirdi. Mən "komandirovka"dan imtina etmək məcburiyyətində qaldım, əvəzimə iş yoldaşım getdi. Hazırda o reanimasiyadadır. Zəhərlənib və yanıq yaraları alıb", - Fəridə deyir.

F.Ruslanova qeyd edir ki, faciədən xəbər tutandan sonra qorxu içində yaşayır.

"İş yoldaşıma təyyarədən çıxmağa imkan vermirdilər. O, orada insanlara görə ölə bilərdi - onlar öz baqajlarını çıxarmaq istəyirdilər. Onu göyərtədən ekipaj üzvü Moiseyev itələyib çıxardı. Çox təəssüf edirəm ki, Moiseyev özü orada ölüb", - Fəridə bildirib






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi