xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:02 – Dövlət başçısı: Bu gün Azərbaycan beynəlxalq müstəvidə böyük hörmətə layiq olan ölkədir 
  • 11:45 – İlham Əliyev: Xarici siyasətimizi elə qurmalıyıq ki, heç kim bizim işimizə müdaxilə etməsin 
  • 11:38 – Azərbaycan Prezidenti: Heç vaxt hansısa ölkəyə qarşı riyakarlıq göstərməmişik 
  • 11:03 – Prezident İlham Əliyev: Heydər Əliyevin hakimiyyətə qayıtması xalqın tələbi idi 

Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı

Dün, 11:14 2 dəfə baxılıb

Məktəbdə monitorinq keçirildi - Direktor işdən çıxarıldı


Şəmkir rayonu Hacı Zeynalabdin Tağıyev adına Kür qəsəbə tam orta ümumtəhsil məktəbində aparılmış monitorinq zamanı müəssisənin fəaliyyətində ciddi hüquqi və inzibati nöqsanlar müəyyən edilib.
Bu barədə Qazax-Tovuz Regional Təhsil İdarəsindən məlumat verilib.
Bildirilib ki, qeyd olunan ümumi təhsil müəssisəsinin direktoru Rəfiyeva Ruhiyyə Fizuli qızı özünün əmək funksiyalarını və əmək müqaviləsi üzrə öhdəliklərini lazımi səviyyədə yerinə yetirməyib, müvafiq normativ hüquqi aktların, eləcə də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin və Regional Təhsil İdarəsinin qanuni təlimatlarının tələblərini pozub. Bunun nəticəsində müəssisədə təlim-tərbiyə prosesinin təşkili, əmək və icra intizamı qaydaları ciddi şəkildə pozulub.

Aşkar edilmiş qanun pozuntuları və qeyd olunan nöqsanlar əsas götürülərək, məktəbin direktoru R.F.Rəfiyeva ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən xitam verilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi