12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar
11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi
13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO
10:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ
Yolun ortasında təhlükəli hərəkətlər etdilər - Valideynləri ilə polisə çağırıldılar - Video
19-08-2026, 12:31
4 dəfə baxılıb
Paytaxtın Xətai rayonu 8 Noyabr prospektində nəqliyyatın intensiv olduğu vaxt təhlükəli hərəkətlər edən uşaqların görüntüləri yayılıb.
İki yeniyetmə avtomobil yolunda həyatlarını təhlükəyə ataraq qaçmaqla gimnastika hərəkətləri ediblər.
Onların görüntüsünü kənardan çəkən şəxs həmin kadrları sosial şəbəkədə paylaşıb.
Yeniyetmələrin həyatlarını təhlükəyə ataraq bu hərəkətləri etməsi birmənalı qarşılanmayıb və bu əməllərin özlərinin və digər yol hərəkəti iştirakçılarının həyatına risk yaratdığı vurğulanıb.
DİN-in Mətbuat xidmətindən sorğumuza cavab olaraq bildirilib ki, paytaxt ərazisində nəqliyyat axınının intensiv olduğu yolda təhlükəli hərəkətlər edərək həm özlərinin, həm də digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi risk yaradan azyaşlılar polis əməkdaşları tərəfindən müəyyən ediliblər: “Hər iki azyaşlı valideynləri ilə birlikdə Xətai Rayon Polis İdarəsinə dəvət olunaraq onlarla profilaktik iş aparılıb, yol hərəkəti və təhlükəsizlik qaydalarına riayət etmələrinin vacibliyi izah edilib. Eyni zamanda azyaşlıların həyat və sağlamlığının qorunması, onların təhlükəli davranışlardan çəkindirilməsi və bu kimi halların təkrarlanmaması məqsədilə valideynlərlə müvafiq maarifləndirici söhbətlər aparılıb. Övladlarının davranışlarına nəzarəti artırmalı olduqları onların diqqətinə çatdırılıb”.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: