xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

Bakıda oteldə sevgilisini öldürən qız danışdı: Məni aldatdı namusuma toxundu video

3-05-2019, 11:20 276 dəfə baxılıb

Bakıda oteldə sevgilisini öldürən qız danışdı: Məni aldatdı namusuma toxundu video


"Amma tez-tez bizə yalvarırdı, deyirdi ki, mən onu sevirəm, ölməsin"

Bakıda oteldə sevgilisini qətlə yetirən qadının görüntüləri yayılıb.

BEŞ.AZ xəbər verir ki, kadrlar ARB TV-də yayımlanan "Kriminal" verilişində yayımlanıb. Görüntülərdə Günel adlı qadın qətli necə törətdiyini danışıb.

Qeyd edək ki, qətl hadisəsi ötən il iyunun 25-də, gecə saatlarında Binəqədi rayonu, Əcəmi Naxçıvani küçəsində yerləşən "Grand" hoteldə baş verib. Həmin ərazidə Sabunçu rayon sakini G.Hüseynova sevgilisi, 1993-cü il təvəllüdlü Vüqar Atakişiyevlə hotelin ikinci mərtəbəsindəki otağı kirayələyib. Hoteldə gecələyən zaman tərəflər arasında mübahisə düşüb.

Bu zaman qadın bıçaqla oğlanın boğazına, ardınca isə qoltuq nahiyəsinə bir neçə zərbə vurub. V.Atakişiyev boğazından dəyən zərbədən sonra huşunu itirərək yerə yıxılıb və hadisə yerində keçinib.

Məlumata görə, G.Hüseynovanın V.Atakişiyevlə bir neçə il sevgi münasibətləri olub.

Polis mayoru Müşfiq Cabbarov deyib ki, hadisə günü ərazinin sahə inspektoru olub və hadisə yerinə gedib:

"Gördüm, hər tərəf qan içindədir. Pəncərələr sınıb, oğlan isə artıq ölmüşdü. Qadın həddindən artıq qorxurdu, əsirdi. "Ana", "Ana" deyə qışqırırdı".

Onun sözlərinə görə, təqsirləndirilən şəxs G.Hüseynova Vüqar Atakişiyevi hansı səbəbdən öldürdüyünü də danışıb:

"Mənə dedi ki, Vüqarla bacısının vasitəsilə tanış olublar. Bir il müddətində sevgili olublar. Ancaq sonradan oğlan onun bakirəliyini pozub. Qız da ona deyib ki, məni al, oğlan imtina edib, başqası ilə evlənəcəyini deyib. Bu danışıq qızın xoşuna gəlməyib və onu öldürüb. Orda da oğlanı çox sevdiyini deyirdi. Mənə dediyinə görə, mərhuma başqası ilə evlənsə də, yenə görüşmək təklif edib. Oğlan razı olmayıb. Qız isə sonuncu dəfə görüşmək üçün çağırıb, iki dəfə cinsi münasibətdə olduqdan sonra oğlanı qətlə yetirib".

Digər şahid polis əməkdaşı Fuad Əliyev də hadisə barədə danışıb. Onun sözlərinə görə, hotelin administratoru Ramil ona zəng edib, bıçaqlanma hadisəsi olduğunu deyib:

"Mən hadisənin necə baş verdiyini bilmirəm".

Polis əməkdaşı Ülvi Mirzəzadə isə qətl hadisəsini görən yeganə şahid olduğunu deyib. Onun sözlərinə görə, qışqırtı səsinə gəlib, otağın qapısını sındırıb:

"İçəri girəndə gördüm ki, hər ikisi çılpaq vəziyyətdədir, oğlan qan içindədir. Qızın əlində bıçaq vardı, qeyri-ixtiyari bıçağı hərəkət etdirirdi, amma oğlanın bədəninə vurmurdu. Mən içəri girəndə artıq 33 bıçaq vurmuşdu. Şok vəziyyətində idi, məni eşitmirdi. Sonradan bıçağı yerə qoyub əynini geyindi. Amma tez-tez bizə yalvarırdı, deyirdi ki, mən onu sevirəm, ölməsin".














Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi