xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:34 – İlham Əliyev: Ermənistanın Azərbaycana zərər vuran prezidentləri indiyədək cəzalarını almayıblar 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 
  • 10:48 – İlham Əliyev MDB Dövlət Başçıları Şurasının iclasında çıxış edir - YENİLƏNDİ 

Moskvada həbs edilən azərbaycanlı direktoru 10 ilədək həbs cəzası gözləyir

29-08-2025, 12:08 8 dəfə baxılıb

Moskvada həbs edilən azərbaycanlı direktoru 10 ilədək həbs cəzası gözləyir


Rusiyada saxlanılan Moskva Akademik Satira Teatrının keçmiş direktoru Məmmədəli Ağayev barəsində RF Cinayət Məcəlləsinin 159-cu maddəsinin 4-cü hissəsi ilə cinayət işi açılıb.

Ağayev 20 milyon rubl məbləğində büdcə vəsaitini mənimsəməkdə ittiham olunur və hazırda onun barəsində istintaq hərəkətləri aparılır.

Rusiya istintaq orqanlarının əməkdaşları şübhəlinin yaşadığı ünvanda axtarış keçirib, nəticədə pul vəsaitləri, eləcə də sübut dəyəri olan əşyalar və sənədlər götürülüb. Müstəntiqlər Ağayevin barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün vəsatət qaldırmağı planlaşdırırlar.

Hüquq-mühafizə orqanlarının məlumatına görə, 20 milyon rublun mənimsənilməsi ilə bağlı cinayət işində yeni təqsirləndirilən şəxslərin də müəyyən edilə biləcəyi istisna edilmir. Hazırda saxlanılan şəxsin və yaxın qohumlarının hesabları dondurulub.

İttiham təsdiqlənəcəyi təqdirdə, Məmmədəli Ağayevi 10 ilədək həbs və 1 milyon rubla qədər cərimə gözləyir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi