xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Ərinin öldürülməsini sifariş verən qadın hakim qarşısında: Yeni detallar (VİDEO)

20-07-2024, 11:32 2 dəfə baxılıb

Ərinin öldürülməsini sifariş verən qadın hakim qarşısında: Yeni detallar (VİDEO)


Ərinin qətlini sifariş verməkdə təqsirləndirilən Əzizə Seyidova, qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevin cinayət işinin növbəti məhkəmə prosesi keçirilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Səyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən B.Fərzəliyev dindirilib.

O, ifadəsi zamanı digər təqsirləndirilən E.Əliyevi əvvəllər, M.Məmmədov isə onun vasitəsilə tanıdığını bildirib.

M.Məmmədov qətlə yetirilən Əli Seyidli ilə aralarında probleminin olduğunu B.Fərzəliyevə bildirib.

O da öz növbəsində bu barədə ona kömək edəcəyini deyib. Hadisə olan gün təqsirləndirilən hər üç şəxs mərhum Ə.Seyidlinin Maştağa qəsəbəsində yaşadığı evin yaxınlığına gediblər.

Qeyd edək ki, hadisə bu ilin martında Sabunçu rayonu, Maştağa qəsəbəsində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Əli Seyidlinin yaşadığı fərdi yaşayış evinin qarşısında öldürülməsi ilə bağlı rayon prokurorluğuna məlumat daxil olub.

Keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində cinayət əməlinin zərərçəkmişin arvadı - 2000-ci il təvəllüdlü Əzizə Seyidovanın təşkilatçılığı ilə 1981-ci il təvəllüdlü Mehdi Məmmədov, 1988-ci il təvəllüdlü Elvin Əliyev və 1995-ci il təvəllüdlü Bəxtiyar Fərzəliyev tərəfindən törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunan şəxslər şübhəli qismində tutularaq istintaqa cəlb olunublar.

Əzizə Seyidovaya Cinayət Məcəlləsinin 32.3, 32.4, 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürməyə təhrik etmə və cinayəti təşkil etmə), Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elvin Əliyevə isə həmin Məcəllənin 120.2.1, 120.2.4, 120.2.5-ci (qabaqcadan əlbir olan bir qrup şəxs halında, xüsusi amansızlıqla, tamah məqsədilə və sifarişlə qəsdən adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Daha ətraflı Baku TV-nin süjetində:






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi