xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:26 – Prezident yeni FƏRMAN İMZALADI:Güzəştli maliyyələşdirmə barədə 
  • 09:00 – Prezident İlham Əliyevin İranın Azərbaycana dron hücumuna dair fikirləri dünya mediasının diqqət mərkəzindədir 
  • 20:22 – Molla rejimini vəlvələyə salan çıxış - Sərhəddən çəkilirlər 
  • 20:17 – Prezidentin Təhlükəsizlik Şurasında çıxışının - Videosu 

"Patı" satana daha 7 nəfər tutuldu

27-08-2021, 11:26 58 dəfə baxılıb

"Patı" satana daha 7 nəfər tutuldu


Biləsuvarda növbəti “patı” əməliyyatında saxlanılan 7 nəfərdən ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə və psixotrop maddə aşkarlanıb. Onlardan biri müxtəlif növ narkotik və psixotrop maddələrin satışını sosial şəbəkədəki hesablar vasitəsilə həyata keçirirmiş.
"Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini Ziyad Baqautdinov Biləsuvar rayonunun Xırmandalı kəndi ərazisində saxlanılıb. Keçirilən baxış zamanı onun əlindəki çantadan ayrı-ayrı plastik qablarda ümumilikdə 3 kiloqramdan artıq narkotik vasitə heroin və əlavə olaraq 300 qramdan artıq psixotrop maddə metamfetamin aşkarlanıb. Aparılan araşdırmalarla Z.Baqautdinovun həmin narkotik vasitə və psixotrop maddəni xarici ölkələrdən birinin vətəndaşı vasitəsilə əldə etdiyi müəyyən edilib. O da müəyyən edilib ki, Z.Baqautdinov əldə etdiyi narkotik vasitə və psixotrop maddənin satışını sosial şəbəkələrdə yaratdığı müxtəlif hesablar vasitəsilə təşkil edirmiş.

Biləsuvar RPŞ-nin əməkdaşlarının keçirdiyi digər əməliyyat tədbirləri ilə narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 6 nəfər rayon sakini – K. Şirəli, B. Gülalıyev, L. Abdullayev, R. Məmmədov, T. Mayılzadə və R. İsayev saxlanılıblar. Onların hər birinin üzərində hazır bükümlərdə heroin və metamfetamin aşkarlanaraq götürülüb.

Faktlarla bağlı zəruri istintaq və əməliyyat-axtarış tədbirləri davam etdirilir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Mart 2026    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031 
 Valyuta məzənnəsi