xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Daha bir “patı” əməliyyatı: Saxlanılanlar var (FOTOLAR)

10-07-2021, 13:37 103 dəfə baxılıb

Daha bir “patı” əməliyyatı: Saxlanılanlar var (FOTOLAR)


Gəncə Şəhər Baş Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində külli miqdarda narkotik vasitə dövriyyədən çıxarılıb.

DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan Ölkə.Az-a verilən məlumata görə, ŞBPİ-nin Nizami rayon Polis İdarəsinin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən, əvvəllər məhkum olunmuş Səbuhi Əliyev saxlanılıb. Onun üzərinə baxış keçirilən zaman külli miqdarda narkotik maddə olan "heroin” aşkar edilərək götürülüb.

Nizami Rayon Polis İdarəsinin əməkdaşlarının digər bir əməliyyat-axtarış tədbirləri nəticəsində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən şəhər sakini Arif Abbasov saxlanılıb. Polis İdarəsində üzərindən "heroin” aşkar edilən A. Abbasov narkotik maddəni 20 manata aldığını etiraf edib.

Hazırda sonuncuya narkotik maddəni satan mənbənin aşkar edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri davam etdirilir.

ŞBPİ-nin Kəpəz Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə rayon ərazisində qanunsuz olaraq narkotik maddə əldə edib saxlamaqda şübhəli bilinən 3 nəfər saxlanılıb. İdarənin ərazi üzrə Polis Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı şəhər sakini Orxan Abdullayev saxlanılıb, üzərindən aşkar edilən narkotik maddə olan "metamfetamin” müvafiq ekspertizaya göndərilib.

Bundan başqa Kəpəz RPİ-də şəhər sakinləri Elşad Abdullayevin və Cavid Mayılovun üzərlərinə şəxsi baxış keçirilən zaman onlardan "metamfetamin” və "heroin” aşkar edilib.

Baş İdarə əməkdaşları da narkotiklərin qanunsuz dövriyyəsinə qarşı əməliyyat tədbirləri keçirib. Cinayət Axtarışı İdarəsinin əməkdaşları şəhər sakini Ceyhun İbrahimovda "heroin” aşkar edərək barəsində toplanan cinayət materialını istintaqa göndərib. Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının keçirdikləri anoloji tədbirlər nəticəsində isə şəhər sakini Namiq Əliyev saxlanılaraq bölməyə gətirilib. Onun üzərindən isə narkotik maddə olan "heroin” aşkar edilərək götürülüb.

Aşkar edilən maddi sübutlar müvafiq ekspertizaya göndərilib. Faktlarla bağlı Gəncə ŞBPİ-nin İstintaq və Təhqiqat İdarəsində araşdırmalar davam etdirilir.

Daha bir “patı” əməliyyatı: Saxlanılanlar var (FOTOLAR)Daha bir “patı” əməliyyatı: Saxlanılanlar var (FOTOLAR)Daha bir “patı” əməliyyatı: Saxlanılanlar var (FOTOLAR)Daha bir “patı” əməliyyatı: Saxlanılanlar var (FOTOLAR)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi