xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Azərbaycanda bu çayxana ağacın başında yerləşir ,görənlər heyrətə gəlir

7-05-2019, 15:10 129 dəfə baxılıb



Masallının Xanalion kənd sakini Maqsud Şirəliyev ağac başında qeyri-adi çayxana düzəldib.

Beş.az verdiyi məlumata görə, 35 metr hündürlüyü olan ağacda təşkil edilən bu çayxanada müştərilərə 50 metr uzaqlıqdan kanat vasitəsi ilə çay göndərilir. Maqsud Şirəliyev əvvəlcə 13 il ərzində ərsəyə gətirdiyi, müxtəlif meyvə və dekorativ bitkilər becərdiyi bağındaadi bir çayxana yaradıb. Sonradan qərara gəlib ki, müştəri cəlb etmək üçün orjinal ideya həyata keçirsin. Beləliklə, M.Şirəliyev yerdəki çayxanası ilə yanaşı, ağacda da belə bir məkan yaratmaq qərarına gəlib. Bunun üçün bağındakı 35 metr hündürlüyündə olan Göyrüş ağacında sözügedən çayxananı yaradıb. Hazırda bu çayxanada istirahət edib, çay içmək istəyənlərin sayının çox olduğunu deyən M.Şirəliyev, hətta bunun üçün günlərlə növbə gözləyənlərin olduğunu söyləyib. Müştərilər də bu isti yay günlərində 35 metr hündürlükdə, sərin havada çay içməyin ayrı ləzzəti olduğunu söyləyirlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi