xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:24 – Azərbaycan Prezidenti: "Bakı Enerji Həftəsi" nüfuzlu platformaya çevrilib 
  • 10:06 – İlham Əliyev Bakı 31-ci "Baku Energy Forum"un rəsmi açılış mərasimində iştirak edir 
  • 09:29 – İlham Əliyevin sosial media hesablarında Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə paylaşım edilib 
  • 17:37 – 2030-cu ilə qədər kənd təsərrüfatı sahəsinin inkişafına dair yeni Dövlət Proqramı təsdiqlənib 

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb - YENİLƏNİB

15-12-2023, 11:48 18 dəfə baxılıb

YAP İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb - YENİLƏNİB


Yeni Azərbaycan Partiyası (YAP) İlham Əliyevin prezidentliyə namizədliyini irəli sürüb.

Bu barədə qərar YAP İdarə Heyətinin bu gün keçirilən genişləndirilmiş iclasında qəbul edilib.

Qərar səsverməyə çıxarılaraq yekdilliklə qəbul edilib.

Qeyd edək ki, 2024-cü il fevralın 7-də Azərbaycanda növbədənkənar Prezident seçkiləri keçiriləcək.

***

Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilib.

“Report”un xəbərinə görə, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak ediblər.

Əvvəlcə Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın dövlət himni səsləndirilib.

Daha sonra YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov toplantının gündəliyi barədə iştirakçılara ətraflı məlumat verib. O, Azərbaycanın Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər qazandığını bəyan edib: “Gələn il fevralın 7-nə növbədənkənar Prezident seçkiləri təyin edilib. Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə son 20 ildə möhtəşəm nailiyyətlər, tarixi zəfər qazanıb. Bu zəfərin davamı növbəti seçkilərdən asılıdır”.

YAP sədrinin müavini, Baş nazirin müavini Əli Əhmədov isə qeyd edib ki, İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir: “Bu gün qəbul edilən qərar təkcə YAP-ın prezidentliyə namizədinin irəli sürülməsi yox, Azərbaycan xalqının mövqeyi olacaq. İlham Əliyevin prezidentliyə namizədliyinin irəli sürülməsi barədə qərar qəbul edilməlidir və qəbul ediləcək".

Tədbirdə YAP İdarə Heyətinin üzvləri – Tahir Mirkişili, Musa Quliyev, Kamal Cəfərov, Bahar Muradova, Mübariz Qurbanlı və digər şəxslər Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda keçirilən işlərdən bəhs ediblər.

Çıxışlardan sonra partiya tərəfindən İlham Əliyevin 2024-cü il fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar Prezident seçkilərinə namizədliyi irəli sürülüb və bununla bağlı qərar yekdilliklə qəbul edilib.

Daha sonra YAP sədrinin müavini – Mərkəzi Aparatın rəhbəri Tahir Budaqov və YAP sədrinin müavini Əli Əhmədov partiyanın növbədənkənar Prezident seçkilərindəki səlahiyyətli nümayəndəsi təyin edilib.

Mərkəzi Aparatın rəhbərinin müavini Əhliman Tağıyev isə maliyyə məsələləri üzrə səlahiyyətli nümayəndə təyin olunub.

Partiyanın Seçki Qərargahının yaradılması barədə də qərar səsvrməyə çıxarılaraq təsdiqlənib.

Bununla da iclas başa çatıb.

***
Yeni Azərbaycan Partiyası (YAP) İdarə Heyətinin genişləndirilmiş iclası keçirilir.

“Report”un xəbərinə görə, Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə YAP İdarə Heyətinin üzvləri, partiya üzvləri və digər şəxslər iştirak edirlər.

İclasda aşağıdakı məsələlərin müzakirəsi nəzərdə tutulur:

- Növbədənkənar Prezident seçkilərinə namizədin irəli sürülməsi;

- Seçkilərlə əlaqədar Qərargahın yaradılması;

- Prezidentliyə namizədin nümayəndələrinin seçilməsi;

- Təşkilati məsələlər.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Haziran 2026    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930 
 Valyuta məzənnəsi