xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Xankəndidən kənara cəmisi iki yol mövcuddur: Birisi erməniləri reinteqrasiya üçün Bakıya aparır, digəri...

28-03-2023, 10:00 31 dəfə baxılıb

Xankəndidən kənara cəmisi iki yol mövcuddur: Birisi erməniləri reinteqrasiya üçün Bakıya aparır, digəri...


Bakı istiqamətində hərəkət etmək istəməyən ermənilər isə elə indidən Ermənistana doğru uzanan ikinci yolla – Laçın yolu ilə Azərbaycan ərazilərini həmişəlik tərk etmək barədə düşünməlidirlər... Ancaq əgər, rəsmi İrəvan və erməni separatçı-terrorçular bu iki istiqamətlə razılaşmayıb, “üçüncü yolun icad edilməsi”nə çalışsalar, bu, onlar üçün faciəvi nəticələr verə bilər...
Cənubi Qafqaz Rusiyanın əlindən sürüşüb, çıxmaq üzrədir. Belə ki, son vaxtlar Kremlin bu regionda mövqelərinin ciddi şəkildə sarsılmaqda olduğu müşahidə edilir. Hər halda, Rusiya Cənubi Qafqazda cərəyan edən proseslərdə əvvəlki kimi, avanqard atbitr rolunu oynamaqda çətinlik çəkir. Və bu, Kremlin regional mövqelərinin zəiflədiyini göstərir.

Təbii ki, Rusiyanın üzləşdiyi geopolitik sarsıntılarda Ermənistanın xüsusi rolu olmamış deyil. Çünki məhz rəsmi İrəvan Rusiyanın düşmənlərini – ABŞ, Avropa Birliyi və Fransanı Ermənistana yerləşdirib. Nəticədə Kreml Cənubi Qafqazda yeni təsir mexanizmləri qazanmış Qərblə qarşıdurma məcburiyyətində qalıb. Və hazırda Qərb Rusiyanın Cənubi Qafqazdakı avanqard arbitr roluna şərik çıxmağı bacarıb.

Ancaq nə qədər qəribə də olsa, rəsmi İrəvanın Rusiyaya qarşı ABŞ və Qərbin “geopolitik alət”inə çevrilməsi həm də Ermənistanın əleyhinə yönəlməyə başlayıb. Belə ki, ABŞ və Qərb nəyin bahasına olursa-olsun, Rusiyanın regiondan çıxarılmasını hədəfləyib. Qərbin bu hədəfə çatması üçün Azərbaycan və Ermənistan arasında sülh sazişinin imzalanması əsas şərtlərdən biri kimi ön plana keçib.

Digər tərəfdənsə, iki qonşu ölkə arasında sülh sazişinin imzalanmasına paralel olaraq, Azərbaycanın Xankəndi və ətraf bölgəsindən Rusiya sülhməramlı qüvvələrinin çıxarılması da həlledici faktor rolunu oynayır. Çünki yalnız bu halda, Ermənistandakı Rusiya hərbi bazasının da çıxarılması üçün münbit şərait yana bilər. Yəni, ABŞ və Qərbin “Rusiyasız Cənubi Qafqaz” plan-modeli üçün istənilən halda, Azərbaycanın maraqları mütləq təmin olunmalıdır. Və Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reinteqrasiya prosesi sürətlə reallaşdırılmalıdır.

Maraqlıdır ki, ABŞ və Qərbin Rusiya əleyhinə bütün təlimatlarını böyük həvəslə yerinə yetirməyə çalışan Paşinyan hakimiyyəti Qarabağ ermənilərinin Azərbaycan cəmiyyətinə reintiqrasiya prosesinə məhz Kremllə eyni mövqedən yanaşır. Ona görə də, rəsmi İrəvan və Kreml Azərbaycanın Qarabağ regionunda hərbi vəziyyətin gərginləşdirilməsində maraqlıdır. Və bu, reinteqrasiya prosesinin pozulması, yaxud ləngidilməsi baxımından, önəm daşıyır.

İndi Kreml və rəsmi İrəvan əsas hədəf olaraq, Rusiya sülhməramlı qüvvələrinə Azərbaycanın Qarabağ regionunda böyük ehtiyacın olması barədə rəylərin yaradılmasına çalışırlar. Ermənistanın rus sülhməramlıların müşayiəti ilə Xankəndi və ətraf bölgədəki erməni separatçı-terrorçulara silah-sursat daşımasında da əsas məqsəd bu hədəf idi. Yəni, erməni separatçı-terrorçular sürətlə silahlandırılırdı, növbəti mərhələdə erməni terrorçular silahlı təxribatlarla savaş törətməliydilər.

Əgər, bu plan baş tutsaydı, Kreml bölgədə atəşkəsin təmin edilməsi üçün Rusiya sülhməramlı qüvvələrinin əvəzolunmaz mövqeyə malik olduqlarını sübut etməyə çalışacaqdı. Halbuki, indi məkrli rus-erməni planının artıq pozulmaq üzrə olduğu müşahidə edilir. Hər halda, rəsmi Bakı hərbi təxribatlara hazırlaşan erməni terrorçulara rus sülhməramlıların müşayiəti ilə silah-sursat daşınan torpaq yolları nəzarət altına almaqla, rus-erməni ssenarisini bloklamağı bacarıb.

Bəzi məlumatlara görə, rəsmi Bakının son qətiyyətli addımları erməni separatçı-terrorçuları çarəsiz duruma salıb. Eyni zamanda, regionda sülhə ən ciddi problem olan Kreml və rəsmi İrəvan da hazırda çağınlıq keçirir. Hər halda, həm Kremldə, həm də İrəvanda Azərbaycan ordusunun bu qədər sürətlə və qətiyyətlə belə radikal hərbi manevrlər edəcəyini gözləmirdilər. Və hazırda rəsmi Bakının bu qətiyyəti rus-erməni ortaqlığının Qarabağ regionunda silahlı təxribat planlarını demək olar ki, boşa çıxarmaq üzrədir.

Məsələ ondadır ki, bütün hərbi təchizat kanalları qapadılmış qeyri-qanuni erməni separatçı-terrorçu dəstələrin bundan sonra silahlı təxribatlara cəsarət edə biləcəkləri o qədər də inandırıcı görünmür. Hər halda, rəsmi Bakı əlində olan faktları yaymaqla, Rusiya və Ermənistanın bölgəyə silah-sursat daşıdığını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmağa nail olub. Yəni, bundan sonra silahlı təxribat törədilərsə, Azərbaycan ordusu erməni separatçıları onların terrorizm fəsliyyətini əsas gətirməklə, birdəfəlik sıradan çıxara bilər. Və bu təxribatların planlanmasında, reallaşdırımasında iştirak etmiş Rusiyanın isə etiraz hüququ olmayacaq.

Təbii ki, növbəti mərhələdə rəsmi Bakı Laçın yolunun Ermənistanla sərhəd hissəsində nəzarət-buraxılış məntəqəsi qurmaq niyyətində olduğunu da qətiyyən gizlətmir. Rəsmi İrəvan və Kreml hələlik Azərbaycanın bu haqlı tələbinə müqavimət göstərməyə çalışır. Çünki rəsmi Bakı Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurarsa, Xankəndi və ətraf bölgənin erməni sakinləri Azərbaycan cəmiyyətinə reinteqrasiya məcburiyyətində qalacaqlar. Və Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan ərazilərinə qaımasına da ehtiyac olmayacaq.

Maraqlıdır ki, hazırda proses məhz rəsmi Bakının siyasi iradəsi altında cərəyan edir. ABŞ və Qərb rəsmi Bakının Laçın yolunda nəzarət-buraxılış məntəqəsi qurmaq niyyətinə qətiyyən qarşı çıxmır. Əksinə, Qərb siyasi dairələri bu addımın beynəlxalq hüquq normalarına uyğun olduğuna eyham vururlar. Yəni, Rusiya və Ermənistan nə qədər müqavimət göstərməyə çalışsa da, son nəticədə rəsmi Bakının siyasi iradəsinin həlledici olacağı qətiyyən şübhə doğurmur.

Onu da qeyd edək ki, rəsmi Bakı Azərbaycanın Qarabağ regionunda yaşayan erməni sakinlərin təmsilçilərinin növbəti dəfə ölkə paytaxtında müzakirələrə çağırıb. Bölgənin Azərbaycana reinteqrasiyasının və bəzi infrasruktur layihələrinin müzakirə edilməsinin nəzərdə tutulduğu bu çağırışa bir müddət əvvəl erməni separatçılar qarşı çıxmışdılar. Və indi rəsmi Bakı növbəti dəfə çağırış edib.

Təbii ki, Xankəndi və ətraf bölgənin Azərbaycana reinteqrasiya prosesinin hansı model və ya metodlarla baş tutacağı rəsmi Bakının çağırışına veriləcək cavabdanb asılıdır. Çünki bu proses könüllü əsaslarla reallaşmasa, hərbi güc və ya məcburetmə metodu ön plana keçəcək. Erməni separatçılar onu da nəzərə almalıdırlar ki, rəsmi Bakı 2025-ci ildə Rusiya sülhməramlı qüvvələrini Azərbaycan ərazisindən tamamilə çıxartmaq niyyətində prinsipial mövqe tutur. Və bu, o deməkdir ki, vaxt azalır, rəsmi Bakının siyasi iradəsinə qarşı çıxılması erməni separatçılar üçün geriyədönüşü olmayan nəticələr də doğura bilər.

Bütün bunlar onu göstərir ki, Xankəndidən kənara cəmisi iki real yol mövcuddur. Onlardan birisi Qarabağ regionunun erməni sakinlərini Azərbaycan cəmiyyətinə reintiqrasiya üçün paytaxt Bakıya aparır. Bu yolla getməyə qarşı çıxan ermənilər elə indidən ikinci istiqamət barədə düşünməlidirlər. Çünki bu halda, onlar Ermənistana doğru uzanan ikinci yolla – Laçın yolu ilə Azərbaycanın ərazilərini həmişəlik tərk etməli olacaqlar. Və “üçüncü yolun icad edilməsi”nə çalışsalar, bu, onlar üçün faciəvi nəticələr verə bilər.(musavat.com)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi