xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 13:55 – Prezident Fərhad Xəlilova "İstiqlal" ordenini təqdim etdi - FOTOLAR 
  • 12:16 – AQEM-in 7-ci Zirvə Toplantısı keçirilir - Fotolar - Yenilənir 
  • 11:43 – Gürcüstanla sərhədin delimitasiyası və demarkasiyası üzrə Dövlət Komissiyasının - Yeni tərkibi 
  • 13:12 – İlham Əliyev Vladimir Putin və Sərdar Berdiməhəmmədovla görüşdü - FOTO 

İlham Əliyevdən Agentlik sədrinə — “Yolları elə yamaqlayırsınız, yamaqlayırsınız, belə olmaz” - VİDEO

29-10-2019, 11:04 85 dəfə baxılıb

İlham Əliyevdən Agentlik sədrinə — “Yolları elə yamaqlayırsınız, yamaqlayırsınız, belə olmaz” - VİDEO

Mən indi Bakı-Şamaxı yolu ilə gəlmişəm. Bu yol yaxşıdır. Vaxtilə göstəriş vermişdim ki, yol dörd zolağa genişləndirilsin, demək olar, başa çatıb. Amma Şamaxı-İsmayıllı yolu bərbad vəziyyətdədir. Belə bir yolla biz barışa bilmərik. Niyə məlumat vermirsiniz bu haqda?.
Bunu Prezident İlham Əliyev Böyük Əmili-Bılıx-Əmirvan avtomobil yolunun açılışında Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədova deyib.

Ölkə başçısı qeyd edib ki, biz indi kənd yollarını magistral yollar səviyyəsində inşa edirik. Dövlət başçısı söyləyib ki, şəhərlərarası, xüsusilə turizm zonasına gedən yol belə bərbad vəziyyətdə qala bilməz.
Prezident daha sonra əlavə edib ki, Şamaxı-İsmayıllı yolunda sürüşmə olub – amma bir yerdə.

“Amma yolun İsmayıllıya qalan hissəsi bərbad vəziyyətdədir. Hamısı yamaq. Özü də o yolun əsası yoxdur. Heç vaxt olmayıb. Elə yamaqlayırsınız, yamaqlayırsınız, belə olmaz. Təkliflər verin ki, biz Şamaxı-İsmayıllı yolunu investisiya proqramına salaq. Gələn il gərək Şamaxı-İsmayıllı yolu istifadəyə verilsin, özü də yüksək səviyyədə”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Ekim 2026    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031 
 Valyuta məzənnəsi