xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Səhlab Bağırov: Güclü Azərbaycan naminə

27-07-2022, 12:43 138 dəfə baxılıb

Səhlab Bağırov: Güclü Azərbaycan naminə


Yaşayıb-yaşayıb ömrün yetkin bir mərhələsinə çatanda və çevrilib arxada qalan onilliklərə nəzər salanda, xatırlamağa, arxalanmağa, öyünməyə nəsə tapa bilirsənsə, yaşadıqlarına görə təəssüflənmirsənsə, deməli, ömrün hədər getməyib.

Deməli, ALLAHIN bəxş etdiyi ömrü doğru-düzgün yaşamaq, ədalətli, xeyirxah, el-oba, cəmiyyət üçün lazımlı, gərəkli olmaq, haqqı-nahaqqa verməmək, başqalarının haqqını tapdamamaq kimi dəyərlərə sadiq qalmağı bacarmısan. Belə yaşamaq, əlbəttə, hər kəsə nəsib olmur.

Amma dünya belə dəyərli, qiymətli insanlardan xali də deyil. Bu yazıda məhz elə insanlardan birinin - bələdiyyə sədri, xeyriyyəçi Çevik Polis Alayının komandiri Səhlab Bağırovun keçdiyi mənalı ömür yoluna qısa da olsa, nəzər salmağa çalışacağıq.

Çevik Polis Alayının komandiri Səhlab Bağırov qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Onların heç bir müraciətini geri çevirməyən Səhlab Bağırov səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Çevik Polis Alayının komandiri Səhlab Bağırova biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

İnsan öz əqidəsini elan kimi divardan asmamalıdır. Səhlab Bağırovu tanıyanlar tanıyır, tanımayanlar üçün ərz edim ki, o vətəni, dövləti, xalqı uğrunda tər tökən əqidə adamıdır.

Hər bir şəxs özünün keçdiyi həyat yoluna nəzər salanda, unudulmaz və xoş xatirələrə dönmüş anlarını, günlərini xəyalından keçirəndə istər-istəməz kimlərlə ünsiyyət saxladığı, kimlərlə yoldaşlıq və dostluq etdiyi insanlar göz önünə gəlir. Elə insanlar var ki, onların həyatı, fəaliyyəti elinə, xalqına, vətəninə xidmətə həsr olunur. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Çevik Polis Alayının komandiri Səhlab Bağırovdur.

Çevik Polis Alayının komandiri Səhlab Bağırov peşəkarlığı və qayğıkeşliyi ilə seçilən insandır.
Şərəfli vəzifəyə yiyələnən Səhlab Bağırov bu işin müqəddəsliyini qoruyub saxlayır. Səhlab Bağırov kömək etdiyi hər kəsin rəğbətini qazanan insanlardandır.

Sorğu apardıq ağız dolusu Səhlab Bağırovdan danışdılar yaxşı ki, Səhlab Bağırov Çevik Polis Alayının komandiridir…Səhlab Bağırov öz isguzarlığı ilə tanınır və seçilir….

Səhlab Bağırov Ulu Öndər Heydər Əliyevin siyasi kursuna daim sadiqdir. Heç bir təmanna güdmədən, tutduğu vəzifədən asılı olmayaraq, vəzifədə olub-olmamasından asılı olmayaraq prezident İlham Əliyevə, dövlətə və dövlətçiliyimizə sabit, stabil, sadiq adamdır.

Heç bir qüvvə Səhlab Bağırovu heç vaxt əqidəsindən döndərə bilməz.

Səhlab Bağırov böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

Səhlab Bağırov yüksək texniki biliyi və təhsili olan, yüksək iqtisadi, siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

Səhlab Bağırov ani və düzgün qərar qəbul edən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Səhlab Bağırovun böyüklüyü onun sadəliyində və insanlara insani münasibətindədi!

Səhlab Bağırov insanlara maksimum diqqət və qayğıyla yanaşır, onların problemlərini həll edərək, onların dövlətimizə və Prezidentimizə inamını artırır!

Çevik Polis Alayının komandiri Səhlab Bağırov - Bu günlərdə ölkə başçısı cənab İlham Əliyevin müvafiq sərəncamı ilə “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” təsdiq edildi. Buna qədər qəbul olunmuş strategiyalarda respublikamızın siyasi, iqtisadi, elmi, mədəni, sosial hədəflərə nail olunması, ən əsası, ərazi bütövlüyünün bərpası ilə nəticələnən Zəfərin gətirdiyi yeni reallıqlar gündən-günə yeniləşən Azərbaycanımız naminə mövcud inkişaf strategiyasının da yenilənməsini zəruri etdi.

Qəbul olunan sənədin preampulasında qeyd edildiyi kimi, müstəqil Azərbaycan dövlətinin qurucusu Ulu Öndər Heydər Əliyevin ideyaları əsasında qazanılmış tərəqqi yolunda Müzəffər Ali Baş Komandan tərəfindən inamla addımlayan dövlətimiz hazırda iqtisadi, sosial, siyasi və mədəni inkişafının tarixi dönüş mərhələsini yaşayır. Öz ərazi bütövlüyünü təmin etməklə ölkəmiz yeni qlobal reallıqlar fonunda növbəti və daha böyük transformasiya astanasına keçid edir.

Əminliklə demək olar ki, Cənubi Qafqazda yeni reallıqlar yaradan Azərbaycanın qarşısında dayanan hədəflərin əksini tapdığı, eləcə də ölkəmizin gələcək fəaliyyət istiqamətlərini müəyyən edən yeni inkişaf strategiyası mükəmməl işlənmiş növbəti 5 illik yol xəritəsidir.

Sənəddə müxtəlif istiqamətlər üzrə mövcud vəziyyət, görülmüş işlər, əldə olunan nəticələr faktların dili ilə sadalanır və ardınca bundan sonra qarşıda duran konkret hədəflər göstərilir. Burada diqqətimizi cəlb edən bilavasitə məşğul olduğum sahə - elm və təhsillə bağlı görülmüş və görüləsi işlərdir.

İnkişaf etmiş ölkələrin təcrübəsindən çıxış etsək görərik ki, elmi tədqiqatların və innovasiyaların inkişafının, elm və təhsilin inteqrasiyasının təmin edilməsi ölkəmizin 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasının nail olunmalı ən prioritet istiqamətlərindəndir. Təbii ki, belə də olmalıdır. Çünki Azərbaycan Respublikasında elmin inkişafı həmişə dövlət siyasətinin əsas prioritetlərindən biri olub. Dövlətin gələcəyi, iqtisadi, siyasi və hərbi qüdrəti onun elmi potensialı ilə bilavasitə bağlıdır. Ölkənin davamlı inkişaf strategiyası, habelə müasir dünyada baş verən qlobal iqtisadi problemlər Azərbaycanın elmi əsaslar üzərində inkişafını zərurətə çevirir.

Xatırlatmaq yerinə düşər ki, Azərbaycanda elmin çox zəngin tarixi və ənənələri vardır. Əsrlər boyu Azərbaycan alimləri elmi təfəkkürün müxtəlif sahələrində meydana gətirdikləri sanballı əsərlərlə bəşəriyyətin elmi-mədəni yüksəlişinə böyük xidmətlər göstərmiş, Şərqlə Qərb arasında elmin varislik əlaqələrinin qorunub saxlanması işinə dəyərli töhfələr vermişlər.
1945-ci ildə Azərbaycan Elmlər Akademiyası təsis olunduqdan sonra Azərbaycanda elmin mükəmməl təşkilati strukturu formalaşmış, elmi araşdırmaların həyata keçirilməsi sistemli xarakter almışdır. Elmlər Akademiyasının sürətli inkişaf mərhələsi Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Dahi şəxsiyyətin diqqət və qayğısı sayəsində Elmlər Akademiyası xalqın intellektual potensialının səmərəli təşkilində, elmin dövrün tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi elm sahələrinin inkişafında müstəsna rol oynamışdır. Həmin mərhələdə Elmlər Akademiyasında neft və qaz yataqlarının kəşfi, işlənməsi, mürəkkəb geoloji mühitlərdə dərin qazmanın elmi problemlərinin həlli, həmçinin kimyanın, neft-kimya sənayesinin inkişafı üçün xammal bazasının, kimya texnologiya komplekslərinin yaradılması, coğrafi, geoloji və geofiziki tədqiqatlar, filiz və qeyri-filiz, habelə digər faydalı qazıntı yataqlarının tədqiqi, energetika, mexanika, fizika, riyaziyyat, astronomiya, informatika, biologiya və aqrar sahələr üzrə mühüm əhəmiyyətə malik tədqiqatların aparılması və nüfuzlu elmi məktəblərin yaradılması və sair istiqamətlərdə böyük nailiyyətlər əldə edilmişdir.

Ulu öndər Heydər Əliyevin elm və təhsil sahəsində müəyyənləşdirdiyi siyasət bu gün Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən keyfiyyətcə yeni mərhələdə uğurla davam etdirilir. Yeni qəbul olunan strategiyada elm və təhsil məsələlərinin prioritet fəaliyyət sahəsi kimi seçilməsi bunun əyani sübutudur. Məhz cənab Prezidentin hakimiyyəti dövründə ölkəmizdə elmi tədqiqatların və innovasiyaların inkişafının, elm və təhsilin inteqrasiyasının təmin edilməsi istiqamətində görülən işləri bir daha nəzərdən keçirsək, görürük ki, elmi tədqiqat potensialı müasirləşdirilmiş, tətbiqyönlü tədqiqatların aparılması genişləndirilmiş, müasir texnologiyaların tətbiqi imkanları yaranmış və bu prosesdə vacib məqam kimi əqli mülkiyyətin rolu artırılmışdır. Elmin müxtəlif sahələri üzrə tədqiqatlara dair nəşrlərin sayı sürətlə artmışdır. Təkcə son 5 ildə akademik nəşrlərin sayı 80 faiz artmış və Cənubi Qafqaz ölkələri arasında Azərbaycan bu göstərici üzrə 2018-ci ildən etibarən hər il mütəmadi olaraq birinci yerdə qərarlaşmışdır. Son 4 ildə əqli mülkiyyət sahəsində institusional islahat nəticəsində Qlobal Rəqabətlilik İndeksində ölkəmiz “Əqli mülkiyyətin qorunması” göstəricisi üzrə 140 ölkələr sırasında 71-ci yerdən 30-cu yerə irəliləmiş, yaradıcı iqtisadiyyatın ÜDM-dəki payı faiz etibarı ilə 3,5-dən 5,3-ə yüksələ bilib.

Növbəti 5 ildə elmin müxtəlif sahələri üzrə tədqiqatların genişləndirilməsi əsas hədəflərdən biri kimi seçilib. Belə ki, müasir təfəkkürlü və kreativ düşüncəli gənclər erkən vaxtlardan elmi araşdırmalara cəlb ediləcək, elmi tədqiqatların rəqabətli və məqsədli maliyyələşdirilməsi mexanizmi yaradılacaq. Burada əsas məqam kimi Azərbaycan elminin dünya elminə inteqrasiyası hesab olunur ki, bu yolla beynəlxalq impakt-faktorlu jurnallarda çap olunan məqalələrin sayının 40 faiz artırılmasının nəzərdə tutulmasını həmin inteqrasiyanın məntiqi nəticəsi kimi səciyələndirmək olar. Bütün bunların sonunda elmi tədqiqatların artması və qlobal elmi məkana inteqrasiya, bir sözlə Azərbaycan elminin daha da inkişafı və dünya səviyyəsində mövqeyinin yüksəlməsini təmin etmiş olacaq.

Dövlət yuxarıda qeyd olunanlarla paralel olaraq elmi tədqiqat, texniki konstruktor işlərinin kommersiyalaşdırılmasına dəstək veriləcəyini də vəd edir. Bu məqsədlə həyata keçirilən tədqiqatlar maliyyələşdiriləcək, elmi tədqiqat, texniki konstruktor işlərinin kommersiyalaşdırılması infrastrukturu inkişaf etdiriləcək. Müasir dövrdə texnologiyaların kommersiyalaşdırılması innovativ inkişafda prioritet olduğundan, tədqiqat nəticələrinin məhsula çevrilməsi təmin olunacaq və elmi tədqiqatlarda mövcud maneələr müəyyən edilərək aradan qaldırılacaq. Nəticədə, innovasiyaların bazara çatdırılması asanlaşdırılacaq, təkcə elmi tədqiqat, texniki konstruktor işlərinin kommersiyalaşdırılması üzrə xərclərin ÜDM-dəki payı 0,1 faiz səviyyəsinə çatdırılacaq ki, bu da ümumiyyətlə ölkəmizdə hazırda elmə ayrılan xərclərin ÜDM-dəki payına bərabər bir göstərici ola bilər.

Strategiyada beynəlxalq təcrübədə olduğu kimi tədricən respublikamızda ali təhsil müəssisələrinə “tədqiqat universiteti” statusunun verilməsi prosesinə başlanılacağı açıq şəkildə vurğulanır. Ölkədə tədqiqat potensialı yüksək olan, başqa sözlə qabaqcıl elmi-tədqiqat nəşrlərində aktiv iştirak edən 2 universitetin bazasında 2 tədqiqat universitetinin yaradılması, ali məktəblərin yeni elmi tədqiqat ənənəsinin artması, elmi potensialın gücləndirilməsi sahəsində təşviq mexanizmlərinin formalaşdırılması, bu kimi vasitələrlə təhsil sistemində elmi tədqiqatlara və inkişaf layıhələrinə ayrılan xərclərin artırılması və rəqabətli əsasda layihələrinin maliyyələşdirilməsi sözügüdən strategiyada elmlə təhsilin vəhdətinin daha da inkişaf etdirilməsi istiqamətində əldə ediləcək yeniliklərdən olacaq. Ancaq bu statusa iddiası olan universitetlərin diqqət yetirməli olduqları məqamlar vardır. O, da Nazirlər Kabinetinin "Ali təhsil müəssisələrinə "Tədqiqat universiteti” statusu verilməsi üçün tələblər”də öz əksinin tapıb. Söhbət əsasında tədqiqat universiteti yaradılacaq ali təhsil müəssisələrində fundamental, tətbiqi və eksperimental elmi tədqiqatların aparılması üçün müvafiq infrastruktur, elektron kitabxana, müasir maddi-texniki baza və elmtutumlu avadanlıqdan kollektiv (digər ali təhsil müəssisələri) istifadə mərkəzinin olmasından, son bir təqvim ili ərzində beynəlxalq elmmetrik bazalara daxil olan jurnallarda (Web of Science, SCOPUS) respublika üzrə nəşr olunan məqalə sayının azı 10 faizinin ali təhsil müəssisəsinin əməkdaşları tərəfindən nəşr edilməsindən, həmçinin, doktorantura səviyyəsində kadr hazırlığı aparılan hər ixtisas üzrə doktorluq dissertasiyalarına rəhbərlik edə bilən ən azı 5 professor və ya dosentin olmasından, magistratura səviyyəsində ixtisaslaşmaların beynəlxalq akkreditasiyasının aparılmasından, ali təhsil müəssisələri tərəfindən antiplagiat sistemindən istifadə edilməsindən, yerli və beynəlxalq donorlardan son 5 il ərzində elm sahəsində ən azı 20 qrant layihəsinin alınmasından və sair və ilaxır gedir.

Nəhayət, haqqında danışdığımız strategiyada həmişə elmi ictimayyətin müzakirə mövzusuna çevrilən dünya ölkələri ilə müqayisədə Azərbaycanda elm xərclərinin ÜDM-də çəkisinin az olması ilə bağlıdır. Hökumət növbəti 5 ildə elmi tədqiqat və inkişaf layihələrinə ayrılan xərclərin ÜDM-də payının dünya üzrə orta səviyyəyə çatdırmasını planlaşdırır. Hər halda bu strategiyada elmlə bağlı bu zəruri məqamların bir mənalı həyata keçirilməsi üçün akademik qurumlar, elmi-tədqiqat müəssisələrin üzərinə böyük vəzifələr düşür. Ona görə ki, həmişə elmə dövlət büdcəsindən ayrılan vəsaitin xarici ölkələrlə müqayisədə nəzərəçarpacaq dərəcədə az olmasından gileylənirik. Amma bunun səbəbini maliyyə naziri Samir Şərifov ciddi arqumentlərlə əsaslandırır. Nazir elm sahəsi üzrə xərclərin az müəyyən edilməsi ilə bağlı konkret olaraq qeyd edir ki, hətta 2021-ci il üzrə ayrılan vəsait də 15 faiz az istifadə olunub. Elmi xərclərin tam icra olunmaması, müəyyən mənada bu sahədə çoxlu problemlərlə bağlıdır. Bu problemlərin həlli üçün həmin sahəyə ayrılan vəsaitlər daha çox tələb olunacaq, yəni vəsaitləri sərf etmək qabiliyyəti olduğu təqdirdə, biz bu sahədə də müəyyən irəliləyiş, eyni zamanda, dövlət büdcəsinin xərclərinin səmərəli istifadəsini müşahidə etdiyimiz halda büdcə ayrılmaları bu sahəyə artırılacaq.

Beləliklə, elmin maliyələşməsində yeni yanaşmaların tətbiqi də artıq bir zərurətə çevrilib. Bu baxımdan həm elmdə çalışanların əmək haqlarının təyinində beynəlxalq meyarlar əsas götürülməlidir, o cümlədən tədqiqat və inkişaf layihələrinin maliyyələşməsinə dair yeni mexanizmlərin tətbiqi olduqca vacibdir. Bu yolla alimlərimizin əmak haqlarında nəzərəçarpacaq artımları, bütövlükdə isə elm xərclərinin ÜDM-də xüsusi çəkisinin müsbət dinamikasını müşahidə edəcəyik.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi