xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Ruslan Həmidov: Qayıdışımız mübarək!

13-10-2021, 11:23 88 dəfə baxılıb

Ruslan Həmidov: Qayıdışımız mübarək!



Lənkəran Dövlət Humanitar Kollecinin (LDHK) direktoru Ruslan Həmidov - Azərbaycan Prezidenti İlham Əliyev İspaniyanın EFE informasiya agentliyinə müsahibəsi zamanı bir neçə vacib məqama toxunub. Ermənistanı Azərbaycanın ərazi bütövlüyünü tanımağa, müharibə səhifəsini bağlamağa çağırması və bunun Ermənistanın yeganə xilası olmasına dair şərhlərin verilməsi, Dağlıq Qarabağın statusu məsələsinin tarixdə qalması, Ermənistan tərəfindən işğal altında olmuş keçmiş ərazilərin minalanması problemi və Ermənistanın mina xəritələrini təqdim etməməklə, prosesə ziyan vurmasına dair materialların verilməsi kimi tezislər əsas diqqət mərkəzindəydi.

Cənab Prezident gələcək sülh sazişi üzərində Ermənistanla işləməyə başlamağa hazır olduğumuzu diqqətə çatdırdı. Ölkə başçısının son dövrdə Ermənistandan həmin ərazinin statusu ilə bağlı heç bir bəyanatın səslənmədiyini bildirməsi də artıq Ermənistanla Azərbaycan arasında sülh perspektivlərinin mövcud olduğuna işarə idi. Cənab Prezident qeyd etdi ki, Qarabağda yaşayan 25 minə yaxın etnik erməni bizim vətəndaşlardır. Onların fərqli dini və ya etnik mənşəyi olan istənilən digər Azərbaycan vətəndaşı kimi eyni hüquqları, imtiyazları və öhdəlikləri olacağının qeyd olunması artıq birgəyaşayışla bağlı işlərin aparılmasının göstəricisi idi.

Cənab Prezident İlham Əliyevin bu müsahibə də daxil olmaqla son günlər səsləndirdiyi bəyanatlar sülhə çağırış xarakteri daşımaqla, yaxın zamanda əməkdaşlıq və inteqrasiya prosesinin güclənməsinə və Ermənistanın da düşdüyü acınacaqlı vəziyyətdən tək çıxış yolunun məhz ölkəmizlə sülh şəraitində əlaqələrin qurulmasından keçdiyini anlamasına böyük töhfədir. Digər torpaqlarımızda da Azərbaycan bayrağının asılacağı və Zəngəzur dəhlizi timsalında regional inteqrasiyanın güclənəcəyi günlər uzaqda deyil.

Cəbrayıl rayonu 44 günlük Vətən müharibəsində azad edilən ilk rayon olub. Cəbrayıl əməliyyatı nəticəsində Ermənistan ordusunun xeyli canlı qüvvəsi və texnikası məhv edilib. Cəbrayılın azad olunmasından artıq bir il keçir. Cənab Prezident İlham Əliyev 4 oktyabrda Cəbrayıla səfər edib, səfər zamanı Cəbrayıl Rayon Mərkəzi Xəstəxanasının, məktəb binasının və Cəbrayıl şəhərində ilk çoxmənzilli yaşayış məhəlləsinin təməlləri qoyulub. Daha sonra Prezident İlham Əliyev ictimaiyyətin nümayəndələri, ziyalılar ilə görüşüb, cəbrayıllıları öz Vətənlərində salamlayan Prezident, icimaiyyəti maraqlandıran mühüm əhəmiyyətli məsələlərə toxunub. Birinci Qarabağ müharibəsindən sonra vaxtilə əzəməti, gözəlliyi ilə seçilən Azərbaycan şəhərləri erməni vandalizminin, vəhşiliyinin qurbanına çevrildi. Daşı-daş üstünə qoymadılar, ilmə-ilmə sökdülər. Qəhrəmanlar yurdu, igidlər oylağı Cəbrayıl erməni vəhşiliyinin acı tərəfini yaşadı. Lakin, bu torpağın əzəli sakinləri qədim yurdlarına qayıdıblar, dövlətimiz və xalqımız dağılmış şəhərləri, kəndləri, qəsəbələri bərpa etmək, dirçəltmək əzminə malikdir. Bu potensial bizim iqtisadi və siyasi gücümüzdən qaynaqlanır. İlham Əliyevin dediyi kimi “Biz bütün gücləri səfərbər etmişik və edəcəyik ki, qısa müddət ərzində Cəbrayılı və bütün başqa rayonlarımızı yenidən quraq, bərpa edək. Buraya gələn hər bir insan bu dağıntıları görür və erməni vəhşiliyinin, erməni vandallığının şahidi olur. Bu vəhşilik, bu vandallıq işğal dövründə törədildi”.

Müharibədən və Cəbrayılın azad olunmasından sonra mühüm hadisələri təhlil edərkən, Cəbrayılın azad edilməsinin müharibənin taleyindəki əhəmiyyəti daha aydın sezilməyə başlayır. Zəngilanın, Qubadlı və Laçın rayonunun işğalçılardan azad olunması məhz Cəbrayılın azad olunmasından sonra mümkün olmuşdur. Azərbaycan ordusunun böyük şücayəti nəticəsində böyük istehkamlar dağıdıldı, beləliklə ordumuz Laçın dəhlizini tam nəzarətə götürə bildi. İlham Əliyev Cəbrayıl əməliyyatının əhəmiyyətinə toxunaraq bildirir : - “Eyni zamanda, Füzuli, Cəbrayıl əməliyyatlarından sonra Hadruta yolumuz açıldı. Oktyabrın 9-da Hadrut qəsəbəsi azad edildi və Şuşaya yolumuz açıldı. Həm də Cəbrayıl əməliyyatının çox böyük əhəmiyyəti var idi və deyə bilərəm ki, həlledici əhəmiyyəti var idi. Çünki biz düşmənin müdafiə xəttini məhz bu istiqamətdə yara bilmişik”.

Böyük Qayıdış Cəbrayıldan başladı. Cəbrayılın azad olunması beş il bundan əvvəl başlamışdır. 2017-ci ildə Azərbaycan ordusu geniş miqyaslı hərbi əməliyyatlara başladı. Mühüm əhəmiyyətli bir sıra məntəqə və Ağdərə istiqamətində önəmli strateji yüksəkliklər məhz həmin dövrdə azad olundu. Strateji yüksəkliklərin azad olunması ilə Cocuq Mərcanlıya həyatın qayıtması artıq mümkün olmuşdur. Erməni mətbuatı hər vəchlə Azərbaycanın uğurlarını kiçiltməyə, daxili auditoriyanı müxtəlif yalan məlumatlarla aldatmağa çalışdı. Lakin, Azərbaycan əsgərinin sənət əsəri göz önündə idi. Ordumuz tərəfindən şülküt edilmiş, miskin erməni əsgərinin simasından dünyada ləyaqətsiz nə ola bilər axı?! Aprel döyüşləri əslində miskin erməni ordusuna xəbərdarlıq idi, lakin onlar bu xəbərdarlıqdan nəticə çıxarmadılar. Xarici havadarlarının havası ilə oynayan Ermənistan Dəmir yumruğun əzəmətini öz başında hiss etdi.

“Yenilməz Ermənistan ordusu”-nun qalıqları Hərbi Qənimətlər Muzeyində açıq havada sərgilənir. Azərbaycan ordusu neofaşist erməni ideologiyasını və “məğlubedilməz erməni əsgəri” mifini dəfn etdi. Cənab Ali Baş Komandan İlham Əliyev Cəbrayıl ziyalıları ilə görüşündə Ermənistanın Böyük Ermənistan, dənizdən-dənizə qədər mifik Ermənistan xülyasından əl çəkməyə, qonşuları Azərbaycan və Türkiyə ilə münasibətləri normallaşdırmağa dəvət etdi.

Hazırda regionda real praktiki əməkdaşlıq çərçivələri müəyyən olunur. Türkiyə-Rusiya əməkdaşlığı regionumuzda sabitliyin təminatçısıdır. Azərbaycan son dövrlər Türkiyə-Ermənistan arasındakı siyasi ab-havanın normallaşması ilə bağlı verilən ifadələri dəstəkləyir. Regionda sülhün bərqərar olması region dövlətlərinin inkişafı baxımından əhəmiyyətlidir. Türkiyə-Rusiya-Azərbaycan-Ermənistan formatı regionun tarixində yeni səhifələr açacaq. Lakin, əsas məsələni unutmaq olmaz, “bu gün Azərbaycanın razılığı olmadan bu bölgədə hər hansı bir təşəbbüs gerçəkləşə bilməz. Bunu hər kəs bilməlidir”.

Azərbaycanın 44 günlük müharibədəki qələbəsi çoxlarının əsl simasını göstərdi, dostumuz kim, düşmənimiz kim məlum oldu. İstər müharibə dönəmində, istər müharibədən sonra Ermənistana qahmar çıxan çox oldu. Ermənistanla münasibətlərdə xüsusi canfəşanlıq göstərən bu qüvvələr regionun gələcək inkişafını düşünmür, Azərbaycana qarşı iftira xarakterli çıxışlardan çəkinmirlər. Bu gün Azərbaycanı Ermənistanın ərazi bütövlüyünü pozmaqda ittiham edirlər. Azərbaycan hər hansı bir dövlətin sərhədlərini pozmayıb, 1920-ci ilə aid, Çar dövrünə aid xəritələrə əsasən öz ərazi bütövlüyünü təmin edir. Ermənistan bunu etiraf etdiyi bir vaxtda, ona qahmar çıxanlar Azərbaycanın Gorus-Qafan yolunu nəzarətə götürməsini sərhədləri pozmaq kimi qələmə verirlər. Bu gülünc fikirlərin qarşısında Azərbaycan öz maraqlarından imtina etmək fikrində deyil.

“Cəbrayıllılar Cəbrayılda yaşayacaqlar”- cənab İlham Əliyev görülən tədbirlərlə bağlı media nümayəndələrini və ictimaiyyəti məlumatlandırdı. Cəbrayıl rayonunun elektrik təchizatı ilə bağlı artıq demək olar ki, bütün işlər görülüb. Cəbrayıl yarımstansiyası fəaliyyətə başladı. Cəbrayıla 4-6 zolaqlı geniş yol çəkilməkdədir. Təhlükəsizliklə bağlı mühüm addımlar atılıb, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissəsinin açılışı oldu. Bu gün iqtisadi fəallıq üçün önəmli addımlar atıldı. 200 hektar ərazini əhatə edən “Araz Vadisi İqtisadi Zonası”nın təməli qoyuldu. Rusiya və Türkiyə şirkətləri bölgəyə investisiya qoymağa başladılar.

Doğma yurddan gözəl nə ola bilər?! Bu sevinci bizlərə bəxş edən başda Ali Baş Komandan olmaqla rəşadətli, müzəffər Azərbaycan ordusuna borcluyuq. Qayıdışımız mübarək!






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi