12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib
12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb
11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb
14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı
Kazım Qurbanov: Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan verdi
25-06-2021, 13:22
151 dəfə baxılıb
“Gülüstan” sarayının direktoru Kazım Qurbanov - Qarabağın azad olunması-bu ifadə yaddaşlara həkk olundu və dillər əzbərinə çevrildi. Azad olunma-bu anlayış düşmənimizin gerçəkdən işğalçı olması gerçəkliyini bütün dünyaya bəyan etdi. Qafqaz bölgəsində əzəldən bəri sülhməramlı siyasət yeridən Azərbaycan tərəfinin bu azadolunmadan sonrakı addımları, yeritdiyi siyasət onun sözün əsl mənasında sülhə maraqlı olduğunun dəlili oldu. Əsası hələ 1918-ci il Azərbaycan Xalq Cümhuriyyəti dövründə qoyulmuş Azərbaycan ordusunun ənənələri müasir dövrdə də qorunub saxlanılır və inkişaf etdirilir. Bu isə ümummilli liderimiz Heydər Əliyevin ciddi səyləri nəticəsində mümkün olmuşdur. Ali Baş Komandan Heydər Əliyevin rəhbərliyi altında Silahlı Qüvvələr quruculuğu sahəsində aparılan işlər ölkəmizdə mütəşəkkil, qüdrətli ordu yaratmağa imkan vermiş, onun gələcəkdə daha da möhkəmlənməsi üçün əsaslı zəmin yaratmışdır.
Tarixi varislik ənənəsinə uyğun olaraq ümummilli liderimiz Heydər Əliyevin fərmanı ilə Azərbaycan Xalq Cümhuriyyəti dövründə Milli Ordunun yarandığı 26 iyun günü hər il Azərbaycan Silahlı Qüvvələri Günü kimi bayram edilir.
Bu gün Azərbaycan Silahlı Qüvvələrinin quruculuğu prosesi davam etdirilir və ordumuz inkişaf, təkmilləşmə dövrünü yaşayır. Ordumuz işğal olunmuş ərazilərimizi düşməndən azad edərək, ölkəmizin ərazi bütövlüyünü bərpa etdilər. Tarixi gündə tarixi səfər...
Böyük qardaş, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev Şuşa şəhərində Azərbaycan-Türkiyə arasında müttəfiqlik haqqında "Şuşa bəyannaməsini" imzalayıblar. Bəli, cümlələrə sığmayacaq şərhlər vermək olar, ancaq Cənab Prezidentimiz İlham Əliyev jurnalistlərə açıqlamasında dediyi kimi, "aramızdakı əməkdaşlığın adı müttəfiqlikdir və bu, özü hər şeyi deyir". Azərbaycan Prezidenti yeni bəyannamənin 100 il əvvəl imzalanmış Qars sazişinə istinad etdiyini, orda bir çox önəmli məsələlərin öz əksini tapdığını deyib. Bəyannamədə beynəlxalq müstəvidə əməkdaşlıq, siyasi-iqtisadi, ticarət, mədəni, təhsil, idman, gənclər, enerji təhlükəsizliyi, hərbi sahələrində əlaqələrdən bəhs edilir. Ən önəmli məsələlərdən biri müdafiə sahəsindəki əməkdaşlıq, müdafiə sənayesi və qarşılıqlı hərbi yardım məsələləri ilə bağlıdır.
"Bu onu göstərir ki, biz həmişə bir yerdə olacağıq və bir-birimizin təhlükəsizliyini təmin edəcəyik,"- Cənab Prezidentimiz deyib.
Şuşa bəyannaməsinin ən önəmli tərəflərindən biri də nəqliyyat kommunikasiyası ilə bağlıdır. Belə ki, bəyannamədə Zəngəzur koridorunun açılması ilə bağlı çox açıq ifadələr öz əksini tapıb. Bu da İkinci Qarabağ müharibəsindən sonra yaranmış yeni geosiyasi vəziyyətin nəticəsidir. “Bugün biz Türkiyəni və Azərbaycanı dəmiryolu və avtomobil yolu ilə birləşdirəcək Zəngəzur dəhlizi haqqında nəinki danışırıq, biz əməli-praktik işlərlə bu dəhlizi, bu koridoru yaradırıq" – Cənab Prezident deyib.
Şuşanın dağları dumanlı da olsa, artıq Türk birliyinin çöhrəsində seyr ediləcək. Sən nə gözəl səslənirsən Şuşam...sən azadsan..sən məğrursan...sən türk yurdunun zəngin irsisən. Keçən əsrdə üç dəfə tamamilə yandırıldın, ancaq öz milli ruhunu, keçmişini məhv etməyi bacarmadılar. Sən sonsuzluğu özündə bildirən rəqəmdə işğal və azad oldun. Tarixin hər bir sınağından məğrur çıxdın. Pənahəli xan sarayı, Yuxarı Gövhər ağa məscidi, Aşağı Gövhər ağa məscidi, Xurşidbanu Natəvanın evi, Molla Pənah Vaqifin məqbərəsi, Azərbaycan musiqisinin banisi, bəstəkar Üzeyir Hacıbəyovun (300-dən çox əşya), müğənni Bülbülün (400-dək əşya), musiqiçi və rəssam Mir Möhsün Nəvvabın və digər dahi sənətkarlarımızın ana bətni Şuşamızdı. Şuşa tarixi-memarlıq qoruğuna daxil olan abidələrindən Xan qızı Natəvanın evi, Qarabağ xan sarayı, Vaqif türbəsi, Mirzə Salah bəy Zöhrabbəyovun yaşayış evi, Şuşa kurqanı, Şuşa mağara düşərgəsi, Şuşa qalası və digərlərini qeyd etmək olar. 1989-cu ildən 1991-ci ilə qədər Cıdır düzündə "Xarı-bülbül" mahnı festivalı keçirilib. Festival 30 ildən sonra may ayının 12-də yenidən Şuşada keçirilib. Keçmişə baxaraq gələcəyi quranlar əbədi qalibdir, rəşadətli Azərbaycan ordusu keçmişimizin qisasını alaraq rəşadətli bayrağımızı dumanlı dağlara qədər qaldırdı, indi isə sıra bizlərdədir...Qarabağımıza, Şuşamıza yenidən can verərək onları gələcək təhlükələrdən qorumağı da unutmamalıyıq. Keçmişini bilməyənin gələcəyi top atəşinə tutulur deyiblər.
“Türkün dostu türktür!”
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər: