Milli Kitabxanada işğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası davam edirAzərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan ordusu tərəfindən 44 günlük müharibə nəticəsində erməni işğalından azad olunmuş ərazilərimizdə 90-cı illərin əvvəllərinədək fəaliyyət göstərmiş kitabxanaların kitab fondlarının bərpası ilə əlaqədar Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi ilə Milli Kitabxananın birgə keçirdiyi kitabtoplama kampaniyasına Bakı Dövlət Universitetinin Kitabxanaçılıq-informasiya fakultəsi də qoşuldu.
Fakultənin dekan vəzifəsini icra edən, Kitabşünaslıq və Nəşriyyat işi kafedrasının dosenti Ələmdar Cabbarlı ilk öncə Prezident İlham Əliyevin və Azərbaycan ordusunun rəhbərliyi altında qazanılan mühüm qələbədən danışdı. O, bildirdi ki, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızda illər ərzində xeyli sayda mədəni abidələrimiz, kitabxanalarımız, eləcə də çox sayda kitabxana fondu məhv edilmişdir. Və o qeyd etdi ki, artıq Prezident cənab İlham Əliyevin başçılığı altında quruculuq işlərinə başlanılıb. Ələmdar Cabbarlı Mədəniyyət Nazirliyinin və Milli Kitabxananın birgə təşkil etdiyi “İşğaldan azad olunan bölgələrdəki kitabxanaların fondu üçün kitabtoplama kampaniyası”nın əhəmiyyətini vurğulayaraq Kitabxanaçılıq-informasiya fakultəsinin əməkdaşları tərəfindən toplanılan 1000 nüsxə Azərbaycan, rus və ingilis dillərində Azərbaycan ədəbiyyatına, Ulu Öndər Heydər Əliyev və Ali Baş Komandan İlham Əliyevin siyasətinə, eləcə də Kitabxanaçılıq-informasiya fakultəsinə dair dərs vəsaitləri və jurnalları fonda bağışladı.
Milli Kitabxanada “21 fevral Beynəlxalq Ana Dili Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunubFevralın 21-i bütün dünyada Beynəlxalq Ana Dili Günü kimi qeyd olunur. 1999-cu ilin noyabrında Banqladeş səfirinin təşəbbüsü ilə UNESCO tərəfindən həmin tarix Beynəlxalq Ana Dili Günü elan edilib.
Bu münasibətlə, M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən hazırlanan “21 fevral Beynəlxalq Ana Dili Günü” adlı sərgi virtual rejimdə istifadəçilərə təqdim olunub. Virtual sərgidə görkəmli şəxslərin ana dili haqqında fikirləri, ümummilli lider Heydər Əliyevin dil siyasəti, Azərbaycan dilinin tarixi, eləcə də mövzu ilə bağlı kitab və məqalələr nümayiş olunur.
M.F.Axundov adına Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov - Ölkəmizdə əlillərə və şəhid ailələrinə yüksək dövlət qayğısı daim göstərilir. Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə göstərilən diqqət və qayğı ölkəmizdə yüksək səviyyədədir. Ali Baş Komandan cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın müvafiq göstərişlərinə əsasən dövlət qurumları bu kateqoriyadan olan insanların problemləri ilə yaxından maraqlanır və bu problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirirlər.
Prezident İlham Əliyevin diqqəti daim şəhid ailələrinin, müharibə veteranlarının və onların ailələrinin üzərində olub. Hər şeydən öncə məhz xalqımızın qürur yeri olan bu ailələrin problemlərinin həlli əsas sosial prioritet kimi müəyyənləşdirilib. Böyük Vətən müharibəsində qazandığımız tarixi qələbədən sonra Vətən müharibəsi qəhrəmanılarına ən yüksək təqaüd müəyyən edilib, şəhid ailələrinə və müharibə əlillərinə, Milli qəhrəmanlara verilən Prezident təqaüdünün də məbləği ötən dövrə nisbətən xeyli artırılıb.
Şəhid ailələrinin uşaqlarına aylıq sosial müavinətin verilməsi təmin olunub. Onların bir sıra üstünlükləri var: işə düzəlmələrində güzəştlər olunur, şəhid ailələrinin övladlarının ali məktəbdə oxuması üçün dövlət təminatı var, güzəştli şərtlərlə mənzil tikmək üçün torpaq verilir, onlara güzəştli ipoteka kreditləri verilir. Bütövlükdə Azərbaycanda şəhid ailələrinə həm maddi, həm də mənəvi diqqət göstərilir. Bütün bunlar dövlət başçısının şəhid ailələrinə olan diqqət və qayğısının ardıcıl və davamlı ifadəsidir.
Prezident İlham Əliyev cənablarının tapşırığına əsasən, aidiyyəti qurumlar tərəfindən İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə əlillərinə qayğı və diqqət nəinki dövlət qurumlarının, həm də cəmiyyətin böyük bir hissəsinin diqqət və qayğısını çəkən təxirəsalınmaz mühüm bir vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqədən olan insanlar tərəfindən xoş ovqatla qarşılanır, onların dövlətimizə və Qalib Prezidentimizə inam hisslərini və məhəbbətini günü-gündən durmadan artırır.
Prezident İlham Əliyevin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar yaralananların və şəhid ailələrinin təminatına dəstək məqsədilə “YAŞAT” Fondunun yaradılması, Fond tərəfindən qısa müddətdə ciddi işlərin görülməsinə başlanılması nəticəsində davamlı olaraq müharibə əlilləri və şəhid ailələrinin, o cümlədəm müharibə veteranlarının sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində həyata keçirilən intensiv tədbirlər artıq öz təsirli nəticələrini verməkdədir. Şəhid ailələrinin və müharibə əlillərinin sosial müdafiəsi tədbirləri nəzərə çarpacaq dərəcədə gücləndirilmış, o cümlədən onlara yönələn sosial ödənişlər dəfələrlə artırılmışdır. Eyni zamanda, şəhid ailələri və müharibə əlillərinin mənzil və fərdi evlə, müharibə əlillərinin avtomobillə təminatı tədbirləri yüksək səviyyədə davam etdirilir.
“Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitininin yaxşılaşdırılması ilə bağlı bir sıra tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin dünən imzaladığı Sərəncamı da bu istiqamətdə həyata keçirilən tədbirlərin daim davamlı olduğunun yeni bariz nümunəsidir.
Bu sərəncama əsasən 2014-cü il yanvarın 1-dən 2020-ci il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələri, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi, o cümlədən hərbi xidmət vəzifələrinin yerinə yetirilməsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər, yerli icra hakimiyyəti orqanlarında yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınmış və 2020-ci ildə aparılan hərbi əməliyyatlar zamanı Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin, konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinə mənzil ehtiyaclarını qısa zaman kəsiyində ödəməyə imkan yaradacaqdır.
Bu sərəncam həmçinin əlil olmuş vətəndaşların və şəhid ailələrinin sosial müdafiəsinində həyata keçirilən sosial siyasətin əsas istiqamətlərindəndən biri kimi onlara böyük sevinc bəxş edəcək, bununla da şəhid ailələrinin sosial müdafiəsi daha da yaxşılaşacaqdır. Bu sahədə həyata keçirlən tədbirlər hər zaman olduğu kimi ictimaiyyət tərəfindən yüksək qiymətləndiriləcək, böyük rəğbət və məmnunluqla qarşılanacaqdır
Tam qətiyyətlə inaniram ki, Azərbaycan Respublikasının müstəqilliyi, suverenliyi və ərazi bütövlüyü uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə mövcud problemlərin aradan qaldırılması üçün mütəmadi olaraq dövlətimizin rəhbərliyi tərəfindən xüsusi diqqət və qayğı göstərilməsi bundan sonra da davam etdiriləcək. Məhz bu əhəmiyyətli və vacib qayğı nəticəsində minlərlə əlillərimiz müəyyən müddətdən sonra öz sağlamlıqlarını bərpa edəcək, onlardan böyük bir qismi aldıqları yaralarının ağrısını azacıq da olsa yüngüllüşdirəcək və gündəlik həyatda fəal iştirak edəcəklər.
Bu isə gənc nəslin vətənpərvərlik hisslərini və duyğularını daha da gücləndirəcək. Hər bir gənc istənilən anda doğma Vətənin müdafiəsini özünün müqəddəs vəzıfəsi hesab edərək bu yolda həyatlarını fəda etməyi özlərinin əbədi müqəddəs vəzifəsi və oğulluq borcu biləcəklər.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.