xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Ərdoğan və Putinin erməniləri qorxudan – Planı

18-12-2019, 12:22 135 dəfə baxılıb

Ərdoğan və Putinin erməniləri qorxudan – Planı


Türkiyə ilə Rusiya arasındakı əməkdaşlıq İrəvanda artıq panika halını alıb. Mətbuatda və əsasən də sosial şəbəkələrdə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putinlə birgə Ermənistanın “arzulamadığı” bir gizli planının olmasından yazılır.

Ermənistanın “Aravot” qəzetinin dünənki buraxılışında bu mövzü geniş yer alıb.

Belə ki, qəzet Ermənistan hakim dairələrində olan etibarlı mənbələrinə istinadən yazır ki, Rusiya-Türkiyə münasibətləri pik nöqtəyə yaxınlaşır:

“Artıq buna nə ABŞ, nə də digər Qərb ölkələri mane ola bilir. S-400 məsələsində Ərdoğan öz prinsipiallığını hamıya göstərməyi bacardı. Amma S-400 aysberqin görünən hissəsidir. Əslində ən böyük razılaşmalar hələ ki, su altında qalır. Bura yaxın vaxtlarda Ankaranın Rusiya istehsalı olan müasir Su-35 və Su-57 təyyarələrini əldə etməsini, Kremlin köməkliyi ilə türk kosmik proqramının başlamasını və Qarabağ məsələsinin Azərbaycanın xeyrinə həllini də əlavə etmək olar”.

“Aravot”a müsahibə verən erməni ekspert Ayk Qabrelyan bununla bağlı danışarkən qeyd edib ki, Türkiyə ABŞ tərəfindən böyük basqıya baxmayaraq, Rusiyanın maraqları çərçivəsində hərəkətini davam etdirir.

“Ərdoğan və Putinin çox böyük hərbi-strateji planları var və biz yaxın vaxtlarda bunun şahidi olacayıq. Əlbəttə, bu, Türkiyə və Rusiyaya əlavə sanksiyalar ilə nəticələnəcək. Amma elə görünür ki, bu Ankara və Moskvanı çox da narahat etmir”, – deyə Qabrelyan qeyd edib. /Axar.az/






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi