xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

NATO Ukraynaya sərt üzünü göstərdi, ağır şərtlər qoydu: Rusiya darmadağın edilməsə, o "qapı" açılmayacaq

22-04-2023, 22:27 15 dəfə baxılıb

NATO Ukraynaya sərt üzünü göstərdi, ağır şərtlər qoydu: Rusiya darmadağın edilməsə, o "qapı" açılmayacaq


Hazırda Qərbin hərbi-siyasi maraqları uğrunda Rusiya ilə savaşan Ukraynaya NATO üzvlüyü ilə bağlı təminat verilmir, rəsmi Kiyevə alyansın "qapılar"ını məhz özünün açmalı olduğunu anlatmağa çalışırlar... Ona görə də, son vaxtlar NATO-Ukrayna ziddiyyətləri dərinləşir, təhlükəsizlik təminatı tələblərinə müsbət cavab ala bilməyən rəsmi Kiyev isə, əks-hücum əməliyyatlarını təxirə salmaqla, ABŞ və Qərbin hərbi-strateji planlarını riskə atır...

Ukrayna savaşının yekun nəticələri bütün dünyanın geopolitik sistemini ciddi şəkildə dəyişə bilər. Hazırda belə qənaət həm Qərb, həm də Rusiya siyasi dairələrində möhkəmlənməyə başlayıb. Və hətta Kremlə yaxın siyasi dairələr ümumiyyətlə, Ukrayna savaşının məhz Rusiyanı beynəlxalq məkandan çıxarıb, dünyada yeni qaydalar tətbiq etmək məqsədilə başladıldığına əmindirlər.

Məsələ ondadır ki, hələ Ukrayna savaşından xeyli əvvəl də ABŞ və Qərb dünyada "yeni qaydalar" planının reallaşdırılmasına cəhd göstərmişdi. Həmin plana uyğun olaraq, Ukrayna və Gürcüstanın NATO-ya üzvlüyü nəzərdə tutulurdu. Bu plan reallaşsaydı, NATO Rusiyanın qərb sərhədlərinə hərbi-siyasi təmas şansı qazanacaqdı. Eyni zamanda, Cənubi Qafqaz Rusiya üçün NATO bölgəsinə çevriləcəkdi. Və nəticədə Rusiyanın istənilən davranışı birbaşa NATO-nun nəzarəti altına düşəcəkdi.
Ancaq o vaxt ABŞ və Qərb bu strateji planı reallaşdırmağa nail olmadı. Çünki Kreml buna gözlənildiyindən daha radikal reaksiya verdi və sərt şəkildə müqavimət göstərdi. Saakaşvili hakimiyyətinin separatçı Abxaziya və Şimali Osetiya bölgələrini Gürcüstanın mərkəzi hakimiyyətinin nəzarətinə qaytarmaq üçün hərbi yola əl atması Rusiya üçün real bəhanə rolunu oynadı. Rusiya ordusu Gürcüstan paytaxtı Tiflisin 50-60 kilometrliyinə qədər irəlilədi. Və bununla da Gürcüstan üçün NATO-nun giriş qapıları qapadıldı.
NATO Ukraynaya sərt üzünü göstərdi, ağır şərtlər qoydu: Rusiya darmadağın edilməsə, o "qapı" açılmayacaq


Çünki Kreml əvvəlcə separatçı Abxaziya və Cənubi Osetiya bölgələrinin "müstəqilliyini" tanıdı, ardınca isə bu əraziləri ümumiyyətlə, Rusiyaya birləşdirdi. Nəticədə Gürcüstan mübahisəli əraziləri olan ölkəyə çevrildiyindən NATO geri çəkilməli oldu. Hər halda, NATO-nun ərazilərində hərbi-siyasi münaqişə olan ölkələri öz sıralarına qəbul etmədiyi heç kimə sirr deyil.

Maraqlıdır ki, Rusiya Ukraynaya münasibətdə də təxminən oxşar ssenari üzrə hərəkət etdi. Belə ki, Ukraynada keçirilən seçkilərdə yaranmış vəziyyəti milli-etnik münaqişəyə çevirməyə nail oldu. Ardınca Ukraynanın Donbas bölgəsində rus separatizmi sayəsində münaqişə ocağı yaratdı. Kreml rus separatçıları müasir silahlarla təchiz edərək, Ukraynada yeni terrorizm məkanının əsasını qoydu. Və bununla da NATO-nun qapıları Gürcüstanın ardınca Ukraynanın da üzünə qapadıldı.

Ancaq Rusiyanın Ukrayna və Gürcüstana qarşı bu qədər arxayın və əminliklə davranmasında NATO daxilində olan çatlar da xüsusi rol oynamışdı. Belə ki, Almaniya, Fransa və İtaliya bu iki ölkənin NATO-ya üzvlük planına elə əvvəldən sərt müqavimət göstərirdi. Və hər üç ölkənin Rusiya ilə xüsusi bağlantıları, özəl narahatlıqları olmamış deyildi.

Almaniyanın keçmiş kansleri Angela Merkel ölkəsini Rusiya enerji resurslarından tam asılı vəziyyətə salmışdı. Fransa Rusiyanın Avropa ölkələrinə qarşı savaşa başlaya və nüvə zərbəsi endirə biləcəyindən qorxurdu. İtaliyanın o vaxtkı baş naziri Silvio Berluskoni isə Rusiya prezidenti Vladimir Putinlə yaxın dostluq münasibətləri qurmuşdu. Nəticədə bu üç NATO ölkəsi o dövrdə özəl maraqlarını üstün tutaraq, Ukrayna və Gürcüstanı Rusiyaya qurban verdi.
NATO Ukraynaya sərt üzünü göstərdi, ağır şərtlər qoydu: Rusiya darmadağın edilməsə, o "qapı" açılmayacaq


Belə anlaşılır ki, NATO Rusiyaya qarşı dinc yollarla mübarizə planı iflasa uğradıqdan sonra yarımçıq qalmış prosesi hərbi modeldə yekunlaşdırmaq məcburiyyətində qalıb. Ukrayna savaşının məhz Rusiya problemini birdəfəlik həll etmək üçün başladıldığı hazırda heç kimdə ciddi şübhələr doğurmur. Hətta rəsmi Kiyev də bu savaşın NATO-nun strateji planlarına xidmət etdiyini vaxtaşırı dolayısı da olsa, gündəmə gətirir. Və hazırda rəsmi Kiyev NATO qarşısında daha konkret, həm də prinsipial tələblər irəli sürür.

Məsələ ondadır ki, rəsmi Kiyev Ukraynanın bu savaş ucbatından dağıdılmasına görə bütün məsuliyyəti ABŞ və Qərbin üzərinə yükləyir. Bəzi məlumatlara görə, Zelenski hakimiyyətinin son vaxtlar intensivləşən ittihamları ABŞ siyasi dairələrində ciddi qıcıq doğurmağa başlayıb. Çünki rəsmi Kiyev ABŞ və Qərbdən Ukraynaya hərbi təhlükəsizlik təminatı üçün NATO-ya üzvlük məsələsinin dərhal həll olunmasını tələb edir.

Halbuki, bu tələbin yerinə yetirilməsinin indiki situasiyada mümkün olmadığını hər kəs, rəsmi Kiyev də anlayır. Çünki NATO Rusiya ilə müharibə vəziyyətində olan Ukraynanı öz sıralarına heç bir bəhanə ilə qəbul edə bilməz. Bütün digər siyasi-hüquqi və maliyyə-iqtisadi problemləri bir kənara atdıqda belə, Ukraynanın NATO-ya üzvlüyünün bu hərbi-siyasi alyansı Rusiya ilə birbaşa müharibəyə məcbur buraxacağını qətiyyən unutmaq olmaz. Halbuki, NATO üçün Rusiya ilə birbaşa deyil, məhz Ukrayna üzərindən savaş daha sərfəli variantdır.

Ona görə də, NATO ölkələri Ukraynanın bu quruma üzvlük mövzusundan mümkün qədər yayınmağa üstünlük verirlər. Bu hərbi-siyasi alyansın üzvləri Ukraynanın NATO-ya qəbulunu ən azından indiki mərhələdə ümumiyyətlə, müzakirə etmək istəmirlər. Üstəlik, bu məsələ ilə bağlı alyans daxilində ciddi mövqe ziddiyyətləri də mövcuddur. Və bəzi Avropa ölkələri hələ də Rusiyanın aqressiv reaksiyasından ciddi şəkildə çəkinirlər.

NATO Ukraynaya sərt üzünü göstərdi, ağır şərtlər qoydu: Rusiya darmadağın edilməsə, o "qapı" açılmayacaq


Ancaq NATO daxilində Ukrayna mövzusu tamamilə bir kənara da atılmayıb. Belə ki, bu qurumun aparıcı ölkələri hesab edirlər ki, Ukrayna NATO-ya üzv olmaq üçün əvvəlcə Rusiya üzərində əzici hərbi qələbə qazanmalıdır. Ukrayna özünün ərazi bütövlüyünü bərpa etməlidir. Və Ukrayna savaşının yekun nəticələri Rusiyanın müqavimət göstərə bilməyəcək qədər zəifləməsi vacibdir.

Göründüyü kimi, hazırda Qərbin hərbi-siyasi maraqları uğrunda Rusiya ilə savaşan Ukraynaya NATO üzvlüyü üçün kifayət qədər ağır şərtlər qoyulur. Rəsmi Kiyevə NATO-nun "qapılar"ını açmağa o qədər də tələsmirlər. Əksinə, Ukraynanın həmin "qapıları" özünün açmalı olduğunu qabardırlar. Və bu, rəsmi Kiyevi Ukraynanın gələcək taleyi, eləcə də, təhlükəsizlik problemləri barədə daha ciddi düşünmək məcburiyyətində buraxır.

Ona görə də, hazırda rəsmi Kiyev Ukrayna ordusunun əks-hücum əməliyyatlarını mümkün qədər gecikdirməyə çalışır. NATO Ukrayna ordusunun 12 briqadasını son altı ay ərzində əks-hücum əməliyyatlarına hazırlasa da, rəsmi Kiyev daha effektiv silahlar, xüsusilə də, müasir döyüş təyyarələri, tanklar və raket sistemləri tələb edir. Halbuki, NATO rəhbərliyi Ukrayna ordusunun əks-hücum əməliyyatları üçün yetərli hərbi texnika ilə təchiz olunduğu qənaətindədir.

Belə anlaşılır ki, NATO və Ukrayna arasında müəyyən ziddiyyətlər mövcuddur. Üstəlik, bu ziddiyyətlər durmadan dərinləşir və böyük ehtimalla NATO rəsmi Kiyevin bəzi tələblərini yerinə yetirilməli olacaq. Əks halda, NATO-nun Rusiya ilə bağlı hərbi-strateji planları təhlükə altında qala bilər.(musavat.com)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi