xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:56 – Prezidentdən qurultay iştirakçılarına - Müraciət 
  • 12:03 – Prezident həmkarını qarşıladı - Fotolar 
  • 09:27 – İlham Əliyev: Azərbaycan əsas daşımalar qovşağı kimi öz rolunu gücləndirir 
  • 12:04 – İlham Əliyev Antalyada Moldova Prezidenti ilə görüşüb 

Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - FOTO

7-05-2019, 18:03 201 dəfə baxılıb

Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - FOTO


Əsgər Heydər Əliyev babasının məzarını ziyarət etdi - FOTO



Mayın 7-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) şəxsi heyəti Fəxri xiyabana gələrək ulu öndər Heydər Əliyevin xatirəsini yad edib.

beş.az Report-a istinadən xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Mədət Quliyev, Xidmətin əməkdaşları, DTX-nin N saylı hərbi hissəsinin zabit və əsgərləri Ulu Öndərin məzarı önünə əklil qoydular, əziz xatirəsinə ehtiramlarını bildirdilər.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi yad olunub.

Azərbaycanın təhlükəsizlik orqanlarının inkişafında, bu mühüm dövlət təsisatında milliləşmə prosesinin və peşəkarlıq məktəbinin banisi ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri var. Ulu Öndərin hələ sovet dövründə dövlət təhlükəsizlik orqanlarında milliləşdirmə siyasətinin aparılmasında, milli kadrların yetişdirilərək vəzifədə irəli çəkilməsində rolu əvəzsizdir. Bu gün Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyəti dahi rəhbərin şanlı vətənpərvərlik və peşəkarlıq irsini qürur və şərəflə yaşadaraq müstəqilliyimizin və dövlətçiliyimizin etibarlı qorunması işini əzmlə davam etdirir. Xidmətin hər bir əməkdaşı bununla fəxr edir. Xalqımız qətiyyətlə əmindir ki, Heydər Əliyev siyasi xəttinin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə gələcəyə daha da inamla addımlayan ölkəmiz yeni-yeni zəfərlərə imza atacaq. Azərbaycan əsgəri qarşısına qoyulan istənilən tapşırığı yüksək səviyyədə yerinə yetirməyə qadirdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Nisan 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930 
 Valyuta məzənnəsi