xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:28 – İlham Əliyev İsrailin nəqliyyat və yol təhlükəsizliyi nazirini qəbul edib 
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 11:04 – İlham Əliyev Leonid Slutski ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 

Beyləqan İcra Hakimiyyəti “Aprel döyüşləri” qazisini TANIMADI: “Lələtəpəyə bayraq sancanın o adam olduğunu bilmirik”

16-12-2019, 11:58 65 dəfə baxılıb

Beyləqan İcra Hakimiyyəti “Aprel döyüşləri” qazisini TANIMADI: “Lələtəpəyə bayraq sancanın o adam olduğunu bilmirik”


“Aprel döyüşləri”nin iştirakçısı, polkovnik Qadir Vəlişov Beyləqan rayonunda 13 hektar torpaq sahəsi və ferma üstündə yaranmış mübahisəyə görə Cinayət Məcəlləsinin xuliqanlıq (221.3) maddəsi ilə həbs edilib.

Ailə üzvlərinin bildirdiyinə görə, Q.Vəlişov uzun illərdir ki, Beyləqan rayon İcra Hakimiyyətilə mübahisəlidir, bu səbəbdən də onu şərləyərək, həbs ediblər.

Məəslə ilə bağlı Beyləqan rayon İcra Hakimiyyəti başçısının birinci müavini Telman Məstanov Modern.az-a açıqlamasında ümumiyyətlə məsələdən xəbəriz olduğunu bildirib.

Rayonun Ərazi idarəetmə və yerli özünüidarəetmə orqanları ilə iş şöbəsinin müdiri İlqar Quliyev isə Modern.az-a məsələnin İcra Hakimiyyətilə hər hansı bağlılığı olmadığını deyib:

“Bu məlumatlar həqiqəti əks etdirmir. Yaxınları, ailəsi nə isə deyə bilər. Amma İcra Hakimiyyəti o adda adamı tanımır. Hərbiçinin bizimlə nə əlaqəsi ola bilər?!”

İcra Hakimiyyəti rəsmisinə Qadir Vəlişovun “Aprel döyüşləri”nin iştirakçısı olduğunu, Lələtəpəyə bayraq sancan döyüşçü kimi tanındığını, ölkə başçısının onunla görüşdüyünü xatırlatdıqda, “Bizim onunla heç bir ədavətimiz yoxdur. Lələtəpəyə bayraq sancanın o adam olduğunu da bilmirik”, – deyə bildirib.

Daxili İşlər Nazirliyinin yayadığı məlumata görə, noyabrın 26-da Beyləqan rayonunun Kəbirli kənd sakini İrfanə Eminova və həyat yoldaşı İbrahim Alıyev Beyləqan RPŞ-yə müraciət edərək Qadir Vəlişovun onların yaşadıqları evə gələrək heç bir ciddi əsas olmadan onları ölümlə hədələdiyini, evdən çıxmalarını tələb etdiyini bildiriblər:

“Aparılan ilkin araşdırmalarla müəyyən edilib ki, Qadir Vəlişov həqiqətən də onların evinə gələrək ictimai qaydanı kobud surətdə pozan, cəmiyyətə açıq hörmətsizlik ifadə edən və şəxslər üzərində zor tətbiq edilməsi ilə müşayiət olunan xuliqanlıq hərəkətləri edərək evin pəncərə şüşələrini, məişət əşyalarını sındırmış, İ.Alıyevi və İ. Eminovanı əlindəki çomaqla vuraraq onlara ağır dərəcəli bədən xəsarəti yetirib.

Faktla əlaqədar Beyləqan RPŞ-də Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq əməlinin silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi, zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılmışdır. Rayon məhkəməsinin qərarı ilə Q.Vəlişov barəsində 3 ay müddətinə həbs qəti-imkan tədbiri seçilmişdir. Hazırda cinayət işi üzrə istintaq tədbirləri davam etdirilir.”

Qeyd edək ki, polkovnik Vəlişov Qadir Saday oğlu Ləltəpənin işğaldan azad olunması əməliyyatına rəhbərlik edib. Azərbaycan bayrağını Lələtəpəyə sancan hərbçi kimi tanınıb. O, bu əməliyyat zamanı ağır yaralanıb.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi