xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 21:55 – Prezident Almaniyadadır - Fotolar+Yenilənib 
  • 12:20 – İlham Əliyev Fələstinin Baş nazirini qəbul etdi 
  • 15:09 – Prezidentin maşınında selfi çəkdi - Foto 
  • 11:07 – Azərbaycan Prezidenti Ukrayna ilə bağlı mövqeyini açıqladı 

Azərbaycan ailələrində yenilik – “Ailə vəzifələri olan işçi” qanunla müəyyən ediləcək

6-09-2019, 14:23 88 dəfə baxılıb

Azərbaycan ailələrində yenilik – “Ailə vəzifələri olan işçi” qanunla müəyyən ediləcək

Əmək qanunvericiliyinin təkmilləşdirilməsi işləri çərçivəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən hazırlanmış, “Azərbaycan Respublikasının Əmək Məcəlləsində dəyişikliklər edilməsi haqqında” yeni qanun layihəsində Məcəlləyə “Ailə vəzifələri olan işçi” anlayışının əlavə edilməsi də nəzərdə tutulur.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən verilən məlumata görə, Məcəllənin 3-cü maddəsinə nəzərdə tutulan əlavədə “Ailə vəzifələri olan işçi” anlayışı “himayəsində olan uşaqlarla, eləcə də həkim məsləhət komissiyasının rəyinə əsasən qulluğa və köməyə həqiqətən ehtiyacı olan digər ailə üzvləri (atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları (o cümlədən övladlığa götürülənlər), doğma və ögey bacıları və qardaşları, nəvələri, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları) ilə münasibətdə ailə vəzifələri olan kişi və qadın işçi” kimi təqdim edilir.

Bununla paralel olaraq Əmək Məcəlləsinin “Əmək münasibətlərində ayrı-seçkiliyin yolverilməzliyi” adlanan 16-cı maddəsinə əlavə edilərək müəyyən ediləcək ki, əmək münasibətlərində digər amillərlə yanaşı “ailə vəzifələri” amilinə görə də ayrı-seçkiliyə yol verilməsin.

Qeyd olunan dəyişiklikdə məqsəd milli qanunvericiliyin ölkəmizin qoşulduğu Beynəlxalq Əmək Təşkilatının “Kişi və qadın işçilər – ailə vəzifələri olan işçilər üçün bərabər imkanlar və bərabər rəftar haqqında” 156 nömrəli Konvensiyasına uyğunluğunu tam təmin etməkdir.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Temmuz 2026    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
 Valyuta məzənnəsi