xezerinformasiya.com
xezerinformasiya.com
xezerinformasiya.com
Xəbər başlıqları
  • 12:46 – Prezident Millətlər Birliyi təşkilatının Baş katibi ilə görüşüb 
  • 14:08 – Prezident SABAH proqramı ilə bağlı sərəncam imzaladı 
  • 12:25 – İlham Əliyev Şimali Makedoniya Prezidenti ilə görüşüb 
  • 13:19 – Prezident sammitdə çıxış edir - Canlı 

Eldar Quliyev: Azərbaycan çoxtərəfli diplomatiya ilə qlobal dialoqa töhfə verir

25-10-2024, 12:10 5 dəfə baxılıb

Eldar Quliyev: Azərbaycan çoxtərəfli diplomatiya ilə qlobal dialoqa töhfə verir


Məlumdur ki, hər bir xalq xoşbəxt gələcəyə olan ümidini daha çox özünün igid, mərd, qeyrətli, işgüzarlığı sevən, doğma xalqına bağlı olan, Vətənin hər qarış torpağını göz bəbəyi kimi qorumağa çalışan övladlarına bağlayır və bu danılmaz bir həqiqətdir. Unutmaq olmaz ki, illər keçib zaman dəyişdikcə nəsillər də dəyişir, bəşəriyyət yeni inkişaf mərhələsinə qədəm qoyur. Odur ki, belə bir göstəriciləri özündə cəmləşdirən vətən övladları hər tarixi zamanda vətəndaşı olduqları dövlətin gələcəyini, inkişaf istiqamətini müəyyənləşdirən əsas qüvvəyə çevrilirlər. Keçmişə nəzər salsaq görərik ki, tarixin bütün dönəmlərdə onların üzərinə xüsusi missiyalar düşüb və həmin şəxslər təmsil etdikləri ölkələrə lazımi töhfələrini töhfələrini bəxş ediblər, əsl vətəndaş mövqelərini ortaya qoyublar. Bəli, yaxın-uzaq tariximizin hər dönəmində xalqımıza başucalığı gətirən, qürurlu adları ilə hər kəs tərəfindən sevilən neçə-neçə Vətən övladları olub ki, onlar atdıqları addımları ilə şanlı tariximizdə silinməz izlər buraxıblar. Çünki, Azərbaycan xalqına məxsus yüksək insani keyfiyyət, əxlaqi və mənəvi dəyərlər, həmçinin digər göstəricilər var ki, bu da xalqımızın yüksək ad daşıyıcısı olduğunu sübuta yetirir. Unutmaq olmaz ki, xarakterik xüsusiyyətində sədaqətli, əliaçıq, səxavətli olmağı bacaran, həmçinin xalqının və doğma Vətəninin yolunda özünü sipər etməyə qadir olan övladları tarix az-az yetişdirsə də, onların içərisində mayak olanlar, məhz öz şəxsi keyfiyyətləri və cəmiyyətdə tutduqları mövqelərə görə seçilən olurlar. Haqqında bəhs etdiyimiz, hansı ki, əsl xalq sevgisini qazanan, xeyirxah əməlləri, yüksək insani keyfiyyəti, vətənpərvərlik hissinin coşqusu ilə ad-san çıxaran vətən övladlarından biri də Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyevdir.

Eldar Quliyev Azərbaycan dövlətinə sədaqəti, yüksək peşəkarlığı və öz işində hər zaman nümayiş etdirdiyi prinsipiallığı ona göstərilmiş bu yüksək etimadı qazanmaq və doğrultmaq üçün kifayət edə biləcək bir səviyyədədir.

Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev qazilərin, şəhid ailələrinin, veteranların yaxın dostudur. Şəhid ailələri, qazilər, həmçinin müharibə veteranları daim Eldar Quliyevin diqqətindədir. “Bütün bayramlarda və əlamətdar günlərdə onlara baş çəkir, qayğıları ilə maraqlanır, hər cür maddi-mənəvi dəstək göstərilir. Onların heç bir müraciətini geri çevirməyən Eldar Quliyev səlahiyyətləri çərçivəsində hər cür köməklik göstərməyə həmişə hazırdır.

Mayası vətənpərvərliklə, halallıqla yoğrulan bu gözəl insana, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyevə biz də uğurlar diləyirik. Xalq üçün, Vətən üçün əlindən gələni əsirgəməyən bu insana uzun və sağlam ömür, işlərində nailiyyətlər arzu edirik. Bir də arzu edirik ki, bu cür insanların sayı çox olsun, biz də onlarla fəxr edək, barələrində yazaq.

Eldar Quliyev bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!

Vətənpərvər ziyalımız Eldar Quliyev Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarının başçılığı ilə başlanan 44 günlük haqq savaşında ordu-xalq, xalq-ordu birliyini əsas tutaraq əsgər və zabitlərimizə yardımlarını göstərmişdir.

Vətənpərvərlik bir millətin və dövlətin inkişafında və onun qorunmasında mühüm rol oynayan, vətənə bağlılıq və sevgi duyğularını ifadə edən bir anlayışdır. Vətənpərvər insan isə öz vətəninə sadiq, onun inkişafı və müdafiəsi üçün çalışmağa hazır olan, vətənin dəyərlərini və mədəniyyətini qoruyub yaşatmağa çalışan şəxsdir. Bu geniş mövzunu müxtəlif aspektlərdən araşdırmaq mümkündür.

Vətənpərvərlik, vətənə olan sevgi və sadiqlik hissidir. Bu hiss, insanların öz doğma torpaqlarını qorumaq, inkişaf etdirmək və gələcək nəsillərə daha yaxşı bir mühit buraxmaq istəyindən doğur. Vətənpərvərlik yalnız bir duyğu deyil, eyni zamanda fəaliyyətlərdə də özünü göstərən bir məfhumdur. Eldar Quliyevdə məhz bu amalda olan insanlardandır.

Xeyirxah işlərlə məşğul olan hər bir vətən oğluna başda Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev olmaqla redaksiyamız adından dərin minnətdarlığımızı bildirirk. Qarşıdan gələn hər bir günümüz üçün Azərbaycan dövlətinə və xalqına xoş günlər və firavan həyat arzulayırıq.

Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri, iqtisad elmləri doktoru, professor Eldar Quliyev -
Prezident İlham Əliyev Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün oktyabrın 23-də Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazan şəhərinə səfər edib. Prezident İlham Əliyevin səfər çərçivəsində Kazanda Rusiya Federasiyasının Tatarıstan Respublikasının Rəisi Rüstəm Minnixanov, Rusiya Federasiyasının “Sberbank” Publik Səhmdar Cəmiyyətinin prezidenti, İdarə Heyətinin sədri German Qref, Bosniya və Herseqovinanın Serbska Respublikasının Prezidenti Milorad Dodik, Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulit, BRICS-ə üzv dövlətlər tərəfindən təsis olunmuş Yeni İnkişaf Bankının prezidenti Dilma Russeff ilə görüşləri oldu. Həmin görüşlərdə səsləndirilən fikirlər Azərbaycanın qlobal problemlərin həllinə böyük töhfələr verdiyini bir daha təsdiq etdi. Əsas diqqət göstərilən məsələlərdən biri məhz ölkəmizin gələn ay COP29-a ev sahibliyi oldu. Dövlətimizin başçısı İlham Əliyev, eyni zamanda, Kazan şəhərində XVI BRICS Sammitinin “Outreach” / “BRICS+” formatının ilk plenar iclasında çıxış etdi. Prezident İlham Əliyev çıxışında bir daha vurğuladı ki, Azərbaycan beynəlxalq münasibətlərdə çoxtərəflilik prinsipinin fəal tərəfdarıdır. Bu, 2020-2023-cü illərdə Qoşulmama Hərəkatına sədrlik dövründə tərəfimizdən əyani şəkildə nümayiş etdirilib. Hərəkata uğurlu sədrlik təcrübəsi bu gün bizə Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin hazırkı sədri qismində kömək edir.

Qeyd edək ki, builki Sammitin əsas mövzusu “Ədalətli qlobal inkişaf və təhlükəsizlik üçün çoxtərəfliyin gücləndirilməsi”dir. Sammitə 36 ölkədən və 6 beynəlxalq təşkilatdan nümayəndə heyətləri, o cümlədən 22 dövlət başçısı və BMT-nin Baş katibi Antonio Quterreş qatılıblar. BRICS Sammitinin əsas prinsipinin problemlərə qarşı müştərək həll yollarının axtarılması və mövcud böhranların idarə olunmasında kollektiv tədbirlərin həyata keçirilməsidir. Sammitin əsas məqamlarından biri də BRICS-in genişlənməsi, yeni üzvlərin qəbul edilməsidir. Bu, BRICS-in daha böyük beynəlxalq təşkilata çevrilməsi istiqamətində atılan vacib addımlardan biridir. Yeni üzvlər üçün "tərəfdaş dövlət” statusu yaradılması nəzərdə tutulur. Bu yanaşma, gələcəkdə BRICS-in daha çevik və daha genişmiqyaslı təşkilat olmasına imkan verəcək. Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika tərəfindən təsis edilən BRICS-ə daha sonra Birləşmiş Ərəb Əmirlikləri, İran, Misir və Efiopiya qoşulub. 2024-cü ildə bu təşkilatda sədrlik Rusiyaya keçib. BRICS Sammitinin gündəliyi təşkilatın bütün digər üzvlərinin maraqlarının üst-üstə düşdüyü iqtisadi məsələlərlə zəngindir. Hazırda on ölkəni - Braziliya, Rusiya, Hindistan, Çin, Cənubi Afrika, Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirliklərini birləşdirən BRICS-in Kazan Sammitinin dünya geosiyasətinin mərkəzi hadisəsinə çevriləcəyi gözlənilir. Belə ki, 30-a yaxın ölkə bu təşkilata üzv olmaq və ya “tərəfdaş dövlət” statusu almaq istəyini bəyan edib. Bunlar Azərbaycan, Əlcəzair, Banqladeş, Bəhreyn, Belarus, Boliviya, Venesuela, Vyetnam, Honduras, Zimbabve, İndoneziya, Qazaxıstan, Kuba, Küveyt, Mərakeş, Nigeriya, Nikaraqua, Pakistan, Seneqal, Suriya, Tailand, Türkiyə, Uqanda, Çad, Şri-Lanka, Ekvatorial Qvineya, Eritreya və Cənubi Sudandır.

Sammitin mövzusuna diqqət yetirdikdə bu məsələnin Azərbaycanın xarici siyasətinin prioritet istiqamətlərindən biri olduğu, ölkəmizin daim bu istiqamətdə çağırışlar etdiyi diqqətdən kənarda qalmır. Belə ki, Azərbaycan multilateralizm prinsipini əsas götürərək çoxtərəfli diplomatiyanı həyata keçirir. Regionda sülhün, təhlükəsizliyin təmin edilməsi, yeni əməkdaşlıq formatlarının yaradılması dövlətimizin xarici siyasətində xüsusi yer tutur. Bu isə öz növbəsində müxtəlif qütblərin bir araya gətirilməsində, yeni dostların, tərəfdaşların qazanılmasında Azərbaycanın rolunu daha da artırır. Dövlətimizin başçısı İlham Əliyevin qeyd etdiyi kimi, dostlarımızın bütün qitələrdə sayı artır. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir və daha da inkişaf edir, edəcək.

Azərbaycanın bu istiqamətdə fəaliyyətinin miqyasının təsəvvür etmək üçün BMT Baş Assambleyasından sonra ikinci böyük təsisat olan Qoşulmama Hərəkatına sədrliyi dövrünü yada salmaq kifayətdir. Dünyanın 120 dövlətinin təmsil olunduğu ən böyük siyasi təsisat kimi böyük nüfuza malik Qoşulmama Hərəkatına 2011-ci ildə üzv qəbul olunan Azərbaycanın daim ədalətin və beynəlxalq hüququn yanında olması ölkəmizin böyük nüfuzunu daha da artırdı. 2019-2022-ci illər üzrə sədrliyin Azərbaycana həvalə edilməsi barədə yekdil qərarın qəbul olunması da ölkəmizə göstərilən hörmətin, inamın və etimadın təzahürü idi. Onu da qeyd edək ki, quruma üzv dövlətlərin yekdil qərarı ilə Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövrü bir il də artırılaraq ötən ilin sonlarında başa çatdı. Hərəkata sədrliyi dövründə prioritetlərini və fəaliyyətini bütün ölkələrin suverenliyinə, ərazi bütövlüyünə hörmət, dövlətlərin daxili işlərinə qarışmamaq, qarşılıqlı maraqların qorunması və əməkdaşlığın təşviqi kimi prinsiplər üzərində quran Azərbaycan digər beynəlxalq təsisatlarla dialoqun qurulması və inkişaf etdirilməsi, əməkdaşlığın coğrafiyasının genişləndirilməsi üçün səylərini artırdı. Ölkəmizin quruma sədrliyi dövrü dünyanı cənginə alan koronavirus infeksiyasına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi, eyni zamanda, 44 günlük İkinci Qarabağ müharibəsinin baş verdiyi, həmçinin postmünaqişə dövrünə təsadüf etsə də Azərbaycanın Qoşulmama Hərəkatının beynəlxalq nüfuzunun artırılması istiqamətində atdığı addımlar daim üzvlər tərəfindən təqdir edildi. Multikultural dəyərlərə sadiqliyini atdığı addımları ilə təsdiqləyən Azərbaycanın təşəbbüsü ilə Qoşulmama Hərəkatının onlayn Zirvə toplantısının keçirilməsi xeyirxahlıq nümunəsi kimi beynəlxalq səviyyədə dəstəkləndi. Azərbaycanın Ümumdünya Səhiyyə Təşkilatına ayırdığı 10 milyon dollar məbləğində ianənin yarısı Qoşulmama Hərəkatının üzv dövlətlərinə verildi. “Peyvənd millətçiliyi”nə qarşı etirazını açıq şəkildə bildirən Prezident İlham Əliyev Qoşulmama Hərəkatının sədri kimi də vaksinlərin bölünməsində ayrı-seçkilik hallarını tənqid etdi. Daim çıxışlarında Qoşulmama Hərəkatının bir çox üzvünün oxşar tarix və problemlərə malik olmasını, ədalətsizliklə üzləşməsini önə çəkən dövlətimizin başçısı İlham Əliyev bildirir ki, Azərbaycan qlobal problemlərin həllinə öz təcrübəsi ilə dəstək ola bilər.

Azərbaycanın Qoşulmama Hərəkatının sədri qismində irəli sürdüyü təşəbbüslər həmrəyliyi və qarşılıqlı dəstəyi möhkəmləndirməyə, təsisatın institusional inkişafına yönəldi. Qlobal qütbləşmənin, müharibələrin, münaqişələrin, ərzaq, enerji və humanitar böhranların mövcud olduğu müasir dünyada Qoşulmama Hərəkatı təkcə üzv ölkələrin maraqlarının müdafiəsi, bir-birini dəstəkləyən təsisat deyil, beynəlxalq arenada daha fəal rol oynayan platforma olduğunu fəaliyyəti ilə təsdiqlədi.

Azərbaycan malik olduğu imkanlardan, təcrübədən istifadə edərək hazırda iqlim dəyişmələrinin yaratdığı problemlərə qarşı mübarizədə beynəlxalq həmrəyliyin gücləndirilməsinə töhfələrini artırmağa səy göstərir. Ötən ilin sonunda COP29-un ölkəmizdə keçirilməsi barədə qərarın qəbul edilməsi də bu məqamlara işıq saldı. Reallıq budur ki, Azərbaycan COP29-un sədr ölkəsi olaraq dünya iqlim diplomatiyasını da aktiv şəkildə formalaşdırır, Qlobal Cənub və Qlobal Şimal ilə dialoq aparır. Bu kontekstdə həm də BRİCS ölkələri ilə dialoq aparılır və əməkdaşlıq həyata keçirilir. BRICS-ə üzv dövlətlərin Azərbaycanın qurumda təmsil olunmasında maraqlı olmaları ölkəmizin xarici siyasətinin prinsiplərinin dəyişməzliyinə söykənir. Bunun üçün hazırda quruma artan marağı şərtləndirən amillərə diqqət yetirmək kifayətdir. BRICS-in fəaliyyətinin əsasını təşkil edən prinsiplər suveren bərabərlik, öz inkişaf yolunun seçiminə hörmət, maraqların qarşılıqlı nəzərə alınması, çoxqütblü dünya nizamını və qlobal maliyyə, ticarət sisteminin ədalətli modelini formalaşdırmaq istəyi, dövrün ən aktual problemlərinin birgə səylər nəticəsində həlli yollarının axtarışıdır. Azərbaycan hər zaman xarici siyasətində bərabərhüquqlu, qarşılıqlı maraq və hörmət prinsiplərini öndə saxlamaqla, çoxqütblü dünya nizamının formalaşmasına töhfələri ilə diqqətdədir. Dövlətimizin başçısı sözügedən Sammitdəki çıxışında da bu məqamı xüsusilə tədbir iştirakçılarının diqqətinə çatdırdı ki, biz artıq Qlobal Cənub və Qlobal Şimal arasında iqlim üzrə əməkdaşlığa töhfə veririk və istər iqlim dəyişikliyi ilə bağlı məsələlərdə, istərsə də qlobal təhlükəsizlik, beynəlxalq hüququn aliliyi, bir-birinin işlərinə qarışmamaq, qarşılıqlı hörmət məsələlərində qarşılıqlı anlaşmaya nail olunmasına səy göstərəcəyik.

Dörd il əvvəl oktyabrın 25-i Qubadlı şəhərinin və ətraf kəndlərin düşmən tapdağından xilas edilməsi ilə əlamətdar olub. Hər günü Zəfərlə dolu Vətən müharibəsinin 29-cu günü - 2020-ci il oktyabrın 25-i Qubadlı şəhərinin və ətraf kəndlərin düşmən tapdağından xilas edilməsi ilə əlamətdar olub. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı həmin gün özünün tviter hesabında bununla bağlı paylaşım edib: “Bu gün Azərbaycan Ordusu Zəngilan, Cəbrayıl, Qubadlı rayonlarının bir neçə kəndini və Qubadlı şəhərini işğalçılardan azad etmişdir. Eşq olsun Azərbaycan Ordusuna! Qarabağ Azərbaycandır!”.

Qələbənin dördüncü ilində Qubadlı şəhərinin azad olunmasına aparan yolu bir daha xatırlayaq.

Cəbrayıl və Zəngilan rayonlarının düşmən işğalından təmizlənməsi Şərqi Zəngəzurun qərb sərhədində dağlıq ərazidəki Qubadlıya gedən yolun açılmasında əhəmiyyətli rol oynayıb. Qubadlının şərqindəki Cəbrayılda düşmən hərbi birləşmələrinə sarsıdıcı zərbə vurulması və cənubdakı Zəngilanda aparılan uğurlu əməliyyatlar Azərbaycan Silahlı Qüvvələri bölmələrinin Qubadlı rayonunun inzibati hüdudlarına çıxmasına şərait yaradıb. Peşəkarlıqla və dəqiq döyüş taktikaları ilə aparılan hərbi əməliyyatlar nəticəsində Qubadlı şəhəri və rayonun kəndləri işğaldan azad edilib.

Milli Ordu hissələri Yazı düzünə Cəbrayıl rayonu istiqamətindən yarğanlar vasitəsilə irəliləyib və düşmənin 21 səngərinə və Qubadlı şəhərinə nəzarəti ələ keçirib. Digər bölmələrimiz isə Zəngilan istiqamətindən irəliləyərək Qubadlı rayonu və ətraf kəndləri işğaldan azad ediblər. Həmin hərbi əməliyyatlar nəticəsində oktyabrın 23-də əvvəlcə Alaqurşaq, Kürd Mahruzlu, Muğanlı və Zilanlı kəndləri Ordumuzun nəzarətinə keçib. Bundan iki gün sonra isə Qubadlı şəhəri, Çaytumas, Əfəndilər, Mollabürhan, Padar, Sarıyataq, Yusifbəyli və Xanlıq kəndləri işğalçılardan təmizlənib.

Bölgədə ən gərgin döyüşlərin getdiyi yerlərdən biri Yazı düzü yüksəkliyi olub. Strateji əhəmiyyətə malik həmin yüksəkliyin erməni quldur birləşmələrindən azad edilməsi uğrunda gedən döyüşlər zamanı Azərbaycanın Milli Qəhrəmanı polkovnik Şükür Həmidov şəhidlik zirvəsinə ucalıb.

Qubadlı əməliyyatı, həmçinin ovaxtkı Laçın dəhlizinə və Gorus-Qafan yoluna nəzarəti ələ almağa imkan verib.

Bölmələrimiz, eləcə də Qubadlı-Laçın yolunu nəzarətə götürüb, yüksəkliyi tutub və düşmənin xeyli qüvvəsi zərərsizləşdirilib. Eyni zamanda, Zəngilan istiqamətində hücum nəticəsində düşmən tam mühasirəyə alınıb. İtki verən düşmən qüvvələri silah-sursat və texnikalarını ataraq qaçmağa başlayıb. Bu uğurlu əməliyyat nəticəsində həm yüksəkliklər, həm Qubadlı şəhəri, həm də ətraf kəndlər Ordumuzun nəzarətinə keçib, eyni zamanda, Qubadlı-Laçın yolunu da bağlamağa nail olunub. Beləliklə, Qubadlının azad olunması ilə Azərbaycan Ordusunun Laçın rayonuna yolu açılıb, Silahlı Qüvvələrimiz ovaxtkı Laçın dəhlizi istiqamətində irəliləməyə başlayıb.

Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Qubadlıda Azərbaycan Bayrağını ucaldan və şəhərin azad olunmasının hərbi əhəmiyyətindən danışarkən deyib: “Qubadlı əməliyyatının çox böyük əhəmiyyəti var idi. Çünki Qubadlıdan sonra biz Şuşa şəhərini işğaldan azad etdik. Oktyabrın 25-də Qubadlı azad olundu və noyabrın 8-də Şuşa şəhəri azad edildi. Beləliklə, düşmən təslim olmağa məcbur oldu”.

Birinci Qarabağ müharibəsində Qubadlı rayonu 238 şəhid verib, 190 nəfər əlil olub, 78 nəfər itkin düşüb. Torpaqlarımızın azadlığı uğrunda döyüşlərdə göstərdiyi rəşadətə görə Qubadlıdan 10 nəfər Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Rayonun 300-ə yaxın sakini könüllü olaraq Vətən müharibəsində iştirak edib. Onlardan 11-i şəhid olub, 40 nəfərdən çoxu döyüşlərdən qazi kimi qayıdıb. Rayonun Yusifbəyli kəndindən olan əsgər Vüsal Yaqubov ən gənc yaşda - 19 yaşında Vətən Müharibəsi Qəhrəmanı adına layiq görülüb.

Dövlətimizin başçısının 2023-cü il iyulun 31-də imzaladığı müvafiq Sərəncama əsasən şəhərin işğaldan azad edildiyi 25 oktyabr tarixi Qubadlı Şəhəri Günü kimi qeyd olunur.

İndi Qubadlıda həyat yenidən canlanır. Düşməndən təmizlənən ərazidə bərpa-quruculuq işləri sürətlə davam etdirilir. Şərqi Zəngəzurun qərb hüdudu olan Qubadlıda tikinti işləri plan üzrə aparılır.

Prezident İlham Əliyev Qubadlı azad olunduqdan sonra rayona bir neçə dəfə səfər edib.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva 2021-ci il oktyabrın 25-də Qubadlı rayon ictimaiyyətinin nümayəndələri ilə görüşüb və Xudafərin-Qubadlı-Laçın avtomobil yolunun 10-cu kilometrliyindən Qubadlı şəhərinə gedən Xanlıq-Qubadlı yolunun təməlqoyma mərasimində, “AzərEnerji” ASC-nin sistem əhəmiyyətli 1110/35/10 kV-luq “Qubadlı” yarımstansiyasının, Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissə kompleksinin açılışında iştirak ediblər.

2022-ci il oktyabrın 19-da Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Qubadlı şəhərinin Baş planı ilə tanış olub, İşğal və Zəfər muzeyləri kompleksinin təməlini qoyublar. Həmin gün onlar “Bərgüşadçay” və “Zabuxçay” su anbarının layihələri ilə tanış olublar, “Azərişıq” ASC-nin 35 kilovoltluq yarımstansiyasının və Qubadlı Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin təməli qoyulub.

2023-cü il mayın 4-də Prezident İlham Əliyev Qubadlı şəhərində ilk yaşayış məhəlləsinin, inzibati binanın, 600 şagird yerlik tam orta məktəb binasının, rayonun Xınalıq, Mahruzlu, Zilanlı kəndlərinin təməlini qoyub. Birinci mərhələdə Xınalıq kəndində 356, Mahruzlu kəndində 145, Zilanlı kəndində 159 fərdi evin tikintisi nəzərdə tutulur.

İşğaldan azad edilmiş ərazilərə Böyük Qayıdışa dair I Dövlət Proqramına əsasən, Qubadlı rayonunu kənd təsərrüfatı və turizm sahəsi üzrə yeni iqtisadi mərkəz kimi inkişaf etdirmək nəzərdə tutulur.










Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930 
 Valyuta məzənnəsi